Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan ən təhlükəli raket kompleksini önə çıxardı - FOTO+VİDEO

2018-09/1535977542_a69fc-3071950976.jpg

HƏRBİ

3814

03.09.2018, 16:25

\"\" Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci ilin döyüş hazırlığı planına uyğun olaraq hava hücumundan müdafiə qoşunlarının taktiki-xüsusi məşğələləri keçirilir.
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Oxu24.com-a verilən xəbərə görə, məşğələlər zamanı S-300 “Favorit” zenit-raket komplekslərinin divizionları mövqe rayonlarına marş edərək start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını icra edirlər.
\"\" Raket bölmələri vacib obyektlərin hava hücumundan mühafizəsi, habelə şərti düşmənin raket zərbələrinin dəf edilməsi üzrə tapşırıqları da yerinə yetirirlər.