Kremldən NATO açıqlaması
12 Noyabr 2026, 23:34
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
667
25.03.2026, 09:49
İngiltərədə meningokok infeksiyası ilə bağlı yayılan xəbərlər geniş rezonans doğurub və məsələ artıq yalnız lokal hadisə kimi deyil, daha geniş epidemioloji risk kontekstində qiymətləndirilir.
Oxu24.com Musavat.com-a istinadla xəbər verir ki, Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) ilkin məlumatına görə, Kent bölgəsində, xüsusilə Kenterberi (Canterbury) ətrafında 34 yoluxma halı qeydə alınıb. Daha sonra aparılan laborator yoxlamalar nəticəsində bu rəqəm dəqiqləşdirilərək 23 təsdiqlənmiş hala qədər azaldılıb.
Bununla belə, mütəxəssislər qeyd edir ki, meningokok infeksiyası nadir rast gəlinməsinə baxmayaraq, son dərəcə təhlükəli xəstəliklər sırasına daxildir və qısa müddətdə ağır nəticələrə səbəb ola bilər. Xəstəlik əsasən beyin qişalarının iltihabı (meningit) və qanın zəhərlənməsi (sepsis) ilə müşayiət olunur. Yoluxma baş verdikdən sonra simptomlar sürətlə inkişaf edir, yüksək hərarət, güclü baş ağrısı, boyun sərtliyi, şüur bulanıqlığı, qusma və dəridə qan sızması ilə bağlı səpgilər müşahidə oluna bilər. Ağır hallarda infeksiya qana yayılaraq orqanların fəaliyyətini pozur və həyati risk yaradır.
Yoluxmaların əsasən Kent bölgəsində cəmləşməsi və bəzi halların ictimai məkanlar, əyləncə obyektləri və tələbə mühiti ilə əlaqəsinin araşdırılması infeksiyanın yayılma mexanizminə dair suallar doğurur. Epidemioloji əlaqələrin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.
Rəsmi qurumlar vəziyyətin hazırda nəzarət altında olduğunu və geniş əhali üçün riskin aşağı qiymətləndirildiyini bildirir. Yoluxmuş şəxslərlə təmasda olanlara profilaktik antibiotik müalicəsi tətbiq olunur, risk qrupları üçün isə peyvəndləmə tədbirləri genişləndirilir.
Bununla yanaşı, mütəxəssislər vurğulayır ki, meningokok infeksiyası geniş yayılma xüsusiyyəti ilə deyil, fərdi hallarda sürətli və ağır gedişi ilə seçilir. Bu baxımdan bəzi ekspertlər xəstəliyin ayrı-ayrı hallarda koronavirusdan daha ağır fəsadlara səbəb ola biləcəyini qeyd edir. Əgər belə infeksiyalar lokal səviyyədən çıxaraq geniş yayılma mərhələsinə keçərsə, epidemioloji nəzarət tədbirlərinin, o cümlədən məhdudiyyətlərin tətbiqi istisna olunmur.
Hazırda vəziyyət səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və əsas məqsəd infeksiyanın yayılmasının qarşısını vaxtında almaq, dünyanı yenidən evə qapanmaqdan qorumaqdır.
00:17 / 13 Noyabr 2026
1
23:53 / 12 Noyabr 2026
248
23:51 / 12 Noyabr 2026
40
23:40 / 12 Noyabr 2026
87
23:34 / 12 Noyabr 2026
72
23:24 / 12 Noyabr 2026
351
23:20 / 12 Noyabr 2026
74
23:19 / 12 Noyabr 2026
70
23:18 / 12 Noyabr 2026
77
23:12 / 12 Noyabr 2026
78
23:03 / 12 Noyabr 2026
83
23:02 / 12 Noyabr 2026
170
22:59 / 12 Noyabr 2026
78
22:55 / 12 Noyabr 2026
91
22:49 / 12 Noyabr 2026
109
22:40 / 12 Noyabr 2026
88
22:24 / 12 Noyabr 2026
151
22:21 / 12 Noyabr 2026
97
22:13 / 12 Noyabr 2026
109
21:55 / 12 Noyabr 2026
100
21:39 / 12 Noyabr 2026
110
21:26 / 12 Noyabr 2026
1216
21:19 / 12 Noyabr 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.