Rusiya yüksək ranqlı şəxsi Bakıya niyə göndərir? — MÜHÜM DETALLAR
06 İyun 2026, 10:30
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
1501
17.03.2026, 20:20
Azərbaycanda hərbi xidmətdən boyun qaçıranları hansı cəzalar gözləyir? – Təfərrüat
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınma hallarının qarşısının daha effektiv şəkildə alınması məqsədilə qanunvericiliyə mühüm dəyişikliklər edilib.
2024-cü il 27 dekabr tarixində qəbul olunan qanuna əsasən, ölkənin bir sıra normativ hüquqi aktlarında – o cümlədən Cinayət, Miqrasiya və İnzibati Xətalar məcəllələrində, eləcə də “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişikliklər həyata keçirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaydığı məlumata görə, edilən dəyişikliklərə əsasən Cinayət Məcəlləsində “çağırışdan boyun qaçırma” anlayışı dəqiqləşdirilib. Belə ki, vətəndaşların üzrlü səbəb olmadan tibbi müayinəyə (şəhadətləndirməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə çağırışa gəlməməsi bu anlayışa daxil edilib.
Bununla yanaşı, Miqrasiya Məcəlləsinə edilən dəyişikliklərə əsasən, müddətli həqiqi hərbi xidmətə və ya səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçıran şəxslərin ölkədən çıxış hüququ, barələrində çağırış üzrə qərar qəbul edilənədək müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Qanunvericiliyə edilən bu yeniliklər çağırış prosesinə nəzarətin gücləndirilməsi və vətəndaşların hərbi vəzifələrinin icrasının təmin olunmasına xidmət edir.
Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Oxu24.com-a açıqlama verib.
"Dövlətin vətəndaş qarşısında vəzifələri olduğu kimi, vətəndaşlarımızın da dövlət qarşısında müəyyən vəzifələri vardır. Kişi cinsindən olan vətəndaşlarımızın da ən mühüm və müqəddəs vəzifələrindən biri vətən qarşısında hərbi xidmət borcunu verməkdən ibarətdir.Edilən bu dəyişikliklər çağırışdan boyun qaçıran şəxslərin məsuliyyətə cəlb edilməsindən ibarətdir.
Azərbaycan kifayət qədər həssas bir bölgədə yerləşir. Ətrafımızda kifayət qədər münaqişələr və müharibələr olduğu bir halda, hər bir vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbələrindən dəvət aldığı saatda həmin şöbələrə getməli, müayinələrdən keçməli, çağırışda və ya hərbi toplanışlarda iştirak etməlidir. Təbii ki, çağırışdan yayınma halları ordumuzun döyüş hazırlığına mənfi təsir edə bilər. Bu həm komplektləşdirmə faizini aşağı sala bilər, həm də Silahlı Qüvvələrimizin tərkibində olan bölmələrin döyüş hazırlığına mənfi təsir edə bilər.
Sistemdə zəif nöqtələr yox idi. Sadəcə vətəndaşların məsuliyyətini artırmaq üçün belə bir addım atılıb. Çünki istənilən halda az sayda da olsa vətəndaşlar tapılırdı ki, qanunda mövcud olan sadə belə deyək, vətəndaşa qarşı yumşaq yanaşmalardan sui-istifadə edib çağırışdan müəyyən bəhanələrlə yayınmağa çalışırdılar. Hazırda bu dəyişiklik artıq onların məsuliyyətini bir qədər də artıracaq”.
Çimnaz Telmanqızı
23:18 / 06 İyun 2026
72
22:27 / 06 İyun 2026
80
21:39 / 06 İyun 2026
93
21:39 / 06 İyun 2026
87
21:26 / 06 İyun 2026
99
21:09 / 06 İyun 2026
116
20:09 / 06 İyun 2026
150
19:55 / 06 İyun 2026
112
19:37 / 06 İyun 2026
1396
19:35 / 06 İyun 2026
152
19:32 / 06 İyun 2026
525
19:29 / 06 İyun 2026
152
19:10 / 06 İyun 2026
969
19:09 / 06 İyun 2026
113
19:03 / 06 İyun 2026
315
18:57 / 06 İyun 2026
125
18:40 / 06 İyun 2026
135
18:22 / 06 İyun 2026
134
17:54 / 06 İyun 2026
108
15:08 / 06 İyun 2026
144
15:05 / 06 İyun 2026
158
14:50 / 06 İyun 2026
307
14:44 / 06 İyun 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.