Atadan qalan miras qız övladına da düşürmü? – Vəkildən AÇIQLAMA
30 Sentyabr 2026, 15:35
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
807
25.03.2026, 13:20
İstehlakçılar gündəlik həyatda tez-tez keyfiyyətsiz məhsul alarkən müəyyən çətinliklərlə üzləşirlər. Bəs xarab çıxan malı dəyişdirərkən və ya qaytararkən qiymət fərqi necə tənzimlənir?
Oxu24.com xəbər verir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 625-ci maddəsi bu hallarda vətəndaşların və satıcıların hüquqlarını konkret qaydalarla qoruyur.
Həmin qaydaları sadə dildə təqdim edirik:
1. Mal eynisi ilə əvəz edilərsə (Maddə 625.1)
Əgər aldığınız keyfiyyətsiz malı eyni növlü və keyfiyyətli mal ilə əvəz edirsinizsə, satıcı sizdən qiymət fərqi tələb edə bilməz. Məsələn, aldığınız telefon xarabdırsa və onu eyni model telefonla dəyişirsinizsə, telefonun qiyməti həmin vaxt artsa belə, sizdən əlavə ödəniş istənilə bilməz.
2. Mal başqa model və ya ölçü ilə əvəz edilərsə (Maddə 625.2)
Əgər xarab çıxan malı fərqli ölçülü, fasonlu və ya növlü başqa bir mal ilə əvəz edirsinizsə, bu zaman qiymət fərqi ödənilməlidir. Burada əsas götürülən qiymət malın dəyişdirilmə anındakı bazar qiymətidir.
3. Malın qiymətinin aşağı salınması tələbi (Maddə 625.3)
Əgər alıcı malı qaytarmaq yox, sadəcə qüsuruna görə qiymətinin aşağı salınmasını (endirim) tələb edirsə, bu hesablanma tələbin irəli sürüldüyü günə olan qiymət əsasında aparılır. Əgər satıcı bununla razılaşmasa, məsələ məhkəmə müstəvisində həll olunur.
4. Mal tamamilə geri qaytarılarsa (Maddə 625.4)
Keyfiyyətsiz malı mağazaya geri qaytarıb pulunuzu geri almaq istədiyinizdə, qiymət artımı baş veribsə, alıcı həmin artımı da tələb edə bilər. Yəni, siz malı alanda 100 manat idisə, lakin qaytardığınız gün həmin malın qiyməti 120 manata qalxıbsa, siz müvafiq fərqi tələb etmək hüququna maliksiniz.
Çimnaz Telmanqızı
23:02 / 30 Sentyabr 2026
66
22:17 / 30 Sentyabr 2026
1305
22:16 / 30 Sentyabr 2026
84
21:40 / 30 Sentyabr 2026
120
21:12 / 30 Sentyabr 2026
834
21:10 / 30 Sentyabr 2026
66
20:44 / 30 Sentyabr 2026
69
20:38 / 30 Sentyabr 2026
247
20:33 / 30 Sentyabr 2026
72
20:10 / 30 Sentyabr 2026
125
20:10 / 30 Sentyabr 2026
89
19:50 / 30 Sentyabr 2026
86
19:35 / 30 Sentyabr 2026
458
19:26 / 30 Sentyabr 2026
217
19:26 / 30 Sentyabr 2026
87
19:23 / 30 Sentyabr 2026
74
19:21 / 30 Sentyabr 2026
86
19:15 / 30 Sentyabr 2026
76
19:12 / 30 Sentyabr 2026
95
19:01 / 30 Sentyabr 2026
103
18:53 / 30 Sentyabr 2026
152
18:45 / 30 Sentyabr 2026
121
18:29 / 30 Sentyabr 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.