Zakir Həsənov Böyük Britaniya və Slovakiyanın müdafiə nazirləri ilə görüşüb
30 Sentyabr 2026, 20:44
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
884
17.03.2026, 16:28
“Türkiyə və Azərbaycan birgə hərbi güclərini artırdıqca…” - Ekspert
2026-cı ilin ən güclü NATO orduları açıqlanıb. 145 ölkənin hərbi imkanlarını 60-dan çox meyar üzrə qiymətləndirən “Global Firepower” təşkilatı ordularda yenilikləri də nəzərə alıb.
Dünyanın ən güclü NATO ordularının siyahısında ABŞ birinci yerdə dayanır. İkinci yerdə Fransa,üçüncü yerdə Böyük Britaniya,dördüncü yerdə Türkiyə,beşinci yerdə isə İtaliya qərarlaşıb.
Türkiyə ordusunun ən güclü NATO orduları arasında 4-cü yerdə olması Azərbaycan üçün nə deməkdir?
Hərbi ekspert Üzeyir Cəfərov Oxu24.com-a açıqlamasında bildirib ki, qardaş ölkənin ordusunun güclənməsi həm region, həm də strateji müstəvidə müəyyən əhəmiyyətlər kəsb edir.
Onun sözlərinə görə, Türkiyə güclü bir NATO dövləti kimi çıxış etdikcə, bu, Azərbaycanın təhlükəsizlik baxımından əlavə bir dəstək anlamına gəlir:
“Məlumdur ki, Azərbaycanla Türkiyə arasında möhkəm hərbi və strateji əlaqələr var, birgə hərbi təlimlər, silah alış-verişi, birgə müdafiə planları. Türkiyə ordusunun güclənməsi lazım gəldikdə bu dəstəyin daha effektiv və modern texnologiyalarla təmin olunması deməkdir.
Türkiyə ordusunun güclənməsi həm də Azərbaycanın hərbi modernizasiyası üçün imkan yaradır. Məsələn, Türkiyənin inkişaf etdirdiyi dron texnologiyaları, PUA-lar, raket sistemləri və digər modern silahlar ordumuz tərəfindən əldə edilə bilər. Bu, Azərbaycanın döyüş qabiliyyətinin artmasına birbaşa təsir edir”.
Ekspertin qənaətincə, Türkiyənin NATO daxilində güclənməsi, həm də regionda Azərbaycan üçün diplomatik üstünlük deməkdir:
“Hərbi baxımdan güclü müttəfiq Azərbaycanın strateji mövqeyini beynəlxalq platformalarda gücləndirir və bəzi regional təzyiqlərə qarşı əlavə sığınacaq yaradır.
Türkiyə və Azərbaycan birgə hərbi güclərini artırdıqca, bölgədə digər güclərin də davranışlarına təsir göstərir. Xüsusilə, qonşu dövlətlər Türkiyənin NATO çərçivəsində artan gücünü və Azərbaycanın yaxın hərbi əlaqələrini nəzərə almalı olacaqlar. Bu, Azərbaycan üçün həm qoruyucu, həm də təsir mexanizmi kimi çıxış edir”.
Yeganə
08:03 / 01 Oktyabr 2026
43
23:02 / 30 Sentyabr 2026
101
22:17 / 30 Sentyabr 2026
4866
22:16 / 30 Sentyabr 2026
117
21:40 / 30 Sentyabr 2026
524
21:12 / 30 Sentyabr 2026
1215
21:10 / 30 Sentyabr 2026
78
20:44 / 30 Sentyabr 2026
81
20:38 / 30 Sentyabr 2026
448
20:33 / 30 Sentyabr 2026
84
20:10 / 30 Sentyabr 2026
182
20:10 / 30 Sentyabr 2026
99
19:50 / 30 Sentyabr 2026
92
19:35 / 30 Sentyabr 2026
836
19:26 / 30 Sentyabr 2026
268
19:26 / 30 Sentyabr 2026
97
19:23 / 30 Sentyabr 2026
84
19:21 / 30 Sentyabr 2026
101
19:15 / 30 Sentyabr 2026
84
19:12 / 30 Sentyabr 2026
103
19:01 / 30 Sentyabr 2026
116
18:53 / 30 Sentyabr 2026
179
18:45 / 30 Sentyabr 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.