Məhkəmə qəzada atasının ölümünə səbəb olan sürücü ilə bağlı qərar verib
12 Noyabr 2026, 13:04
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
681
25.03.2026, 12:37
Ali Məhkəmə 24 dekabr 2025-ci il tarixdə qəbul edilmiş “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Plenum qərarında sağlam ətraf mühitdə yaşamaq hüququna dair izahlar verib.
Ali Məhkəmədən Oxu24.com-a verilən məlumata görə, qərarda qeyd edilib ki, sağlam ətraf mühitdə yaşamaq hüququ şəxsin ekoloji cəhətdən təmiz, əlverişli və təhlükəsiz ətraf mühitdə yaşamasına təminat verir.
Bu hüquq Konstitusiyanın 39-cu maddəsi, Azərbaycan Respublikasının tərəfdaş olduğu beynəlxalq hüquqi sənədlər, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunları və digər aidiyyəti normativ hüquqi aktlarla qorunur.
Sağlam ətraf mühitdə yaşamaq hüququna aşağıdakı elementlər daxildir:
- hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq hüququ;
- ekoloji hüquqpozma ilə əlaqədar sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ;
- ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükənin törədilməsinin və ya zərərin vurulmasının qadağan edilməsi;
- ekoloji tarazlığının saxlanılması,
yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunması hüququ.
Ekoloji cəhətdən təmiz, əlverişli və təhlükəsiz ətraf mühit dedikdə çirklənməmiş mühit (hava, torpaq, su, yerin təki, flora və fauna) və başqa formada zərərdən azad ekosistem başa düşülür.
Mülki hüquqi aspektdə ekoloji hüquqpozmalar aşağıdakılardır:
1. Ətraf mühitin çirklənməsi:
- fiziki (səsküy, toz, radiasiya, istilik, vibrasiya və s.);
- kimyəvi (qaz, neft məhsulları, pestisidlər, ağır metallar və s.);
- bioloji (bakteriyalar, virus, göbələk və s.);
- mexaniki (plastik tullantılar, tikinti qalıqları və s.)
2. Ekosistemə zərər vurulması:
- ağacların qırılması
- torpağın şoranlaşması və eroziyası,
- su hövzələrinin qurudulması,
- bioloji müxtəlifliyin azalması və s
Ekoloji hüquqpozmaların törədilməsi şəxsin sağlam ətraf mühitdə yaşamaq hüququ ilə yanaşı, işin faktiki hallarından asılı olaraq aidiyyəti üzrə onun sağlamlığının qorunması və digər şəxsiyyət hüquqlarının pozulmasına, habelə mənəvi zərərin vurulmasına səbəb ola bilər.
Bu hüquqların müdafiəsi və mənəvi zərərin kompensasiyası tələblərinin irəli sürülməsi hüququ yol verilmiş ekoloji hüquqpozmaların fiziki şəxsin şəxsiyyət hüquqlarına birbaşa hüquqazidd müdaxilə ilə nəticələndiyi halda yaranır.
Sağlam ətraf mühitdə yaşamaqla bağlı kollektiv maraqların müdafiəsi məqsədi ilə qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) da şəxsiyyət hüquqlarının müdafiəsinə dair iddialar qaldıra bilərlər.
Bu iddialar üzrə qeyri-hökumət təşkilatlarının öz xeyirlərinə maddi və mənəvi zərərin kompensasiyası tələbləri istisna olunur.
23:53 / 12 Noyabr 2026
77
23:51 / 12 Noyabr 2026
1
23:40 / 12 Noyabr 2026
72
23:34 / 12 Noyabr 2026
63
23:24 / 12 Noyabr 2026
273
23:20 / 12 Noyabr 2026
66
23:19 / 12 Noyabr 2026
58
23:18 / 12 Noyabr 2026
69
23:12 / 12 Noyabr 2026
70
23:03 / 12 Noyabr 2026
78
23:02 / 12 Noyabr 2026
164
22:59 / 12 Noyabr 2026
74
22:55 / 12 Noyabr 2026
86
22:49 / 12 Noyabr 2026
101
22:40 / 12 Noyabr 2026
81
22:24 / 12 Noyabr 2026
144
22:21 / 12 Noyabr 2026
91
22:13 / 12 Noyabr 2026
104
21:55 / 12 Noyabr 2026
97
21:39 / 12 Noyabr 2026
106
21:26 / 12 Noyabr 2026
1175
21:19 / 12 Noyabr 2026
114
21:04 / 12 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.