Müdafiə Nazirliyi məlumat yaydı
22 Aprel 2026, 20:30
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
1126
17.02.2020, 16:14
“Müharibədən qaçmaq olmaz, müharibə yalnız gecikdirilə bilər. İtalyan mütəfəkkir Nikola Makiavellinin bu tezisi təəssüf ki, Qarabağ münaqişəsinin həlli ətrafında yaranmış mövcud reallıqlara aiddir. Azərbaycan və Ermənistan arasında keçirilən görüşlər sadəcə danışıq naminədir, bu, siyasi kompromisə çatmaq üçün heç bir ciddi ümid yaratmır. Tərəflər uzun müddətdir ki, münaqişə zonasında münasibətlərin danışıqlar masasında deyil, hərbi yolla genişmiqyaslı şəkildə aydınlaşdırılması üçün açıq hazırlıqlar aparırlar”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda fəaliyyət göstərən “EADaily” nəşri yazıb.
Məqalə müəllifinin fikrincə, münaqişənin həllində nəticənin əldə olunmaması artıq Azərbaycan tərəfinin xeyrinə işləməyə başlayıb:
“Mövcud situasiya Ermənistanda fərqli şəkildə başa düşülür. Ermənistan paytaxtında öz silahlı qüvvələrini ən müasir silahlarla gücləndirən Azərbaycanın ildırımsürətli hərbi əməliyyatlarla gözlənilmədən Dağlıq Qarabağı ala biləcəyi ilə bağlı fikir var. 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələri bir anda Qarabağ cəbhəsinin bir neçə istiqamətinə sürpriz hücum etmək qabiliyyətinin olduğunu göstərdi”.
Məqalə müəllifi qeyd edir ki, dörd günlük savaşdan sonra vəziyyətin həssaslığını nəzərə alan Rusiya KTMT daxilində hərbi müttəfiqi olan Ermənistana dəstəyi artırmağa başlayıb:
“Azərbaycanın poliqonda əsas dəstəkçisi və müttəfiqi isə Yaxın Şərqdə Rusiya ilə geosiyasi qarşıdurmada olan Türkiyədir. Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün Qarabağda əməliyyatlara başlayacağı təqdirdə, Türkiyə ilə birlikdə hazırladığı ortaq planı işə salacaq. Bu baxımdan, Qarabağı “Qafqazın İdlibi” adlandırmaq olar. Artıq bu məsələ də bölgədə maraqları olan Rusiya və Türkiyə arasında geosiyasi faktora çevrilir.
Həmçinin oxuyun
Amma Rusiya bölgədə Ermənistanın yeganə hərbi müttəfiqi olsa da, Azərbaycanla da münasibətləri korlamaq niyyətinə deyil. Müharibə vəziyyətində Rusiyanın seçim etməməsi Ermənistan üçün arzuolunmaz nəticələrə gətirib çıxaracaq”.
Nəşr iddia edir ki, danışıqlar nəticə verməyəcəyi halda Bakı hərbi əməliyyat qərarı versə, bu, yaxın aylarda başlaya bilər:
“Bakıda hərbi ssenariyə üstünlük verilsə, Qarabağda irəliləmə qərarı yaxın aylarda, bəlkə də həftələrdə verilə bilər. Bu planın icrasına qarşıdan gələn isti aylar uyğun gəlir”.
Məqalə müəllifi fevralın 15-də Almaniyada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüşü də xatırlayıb. Mənbə görüşdə tərəflər arasında kəskin fikir ayrılıqlarının açıq formada ifadə olunduğunu bildirərək, mövcud vəziyyətin İrəvan üçün ciddi risklər daşıdığını bildirib.
01:08 / 25 Aprel 2026
137
00:59 / 25 Aprel 2026
158
00:22 / 25 Aprel 2026
175
23:49 / 24 Aprel 2026
58
23:35 / 24 Aprel 2026
177
23:21 / 24 Aprel 2026
195
22:43 / 24 Aprel 2026
258
22:31 / 24 Aprel 2026
70
22:31 / 24 Aprel 2026
197
22:29 / 24 Aprel 2026
76
22:21 / 24 Aprel 2026
78
22:20 / 24 Aprel 2026
210
22:15 / 24 Aprel 2026
1340
22:13 / 24 Aprel 2026
68
22:10 / 24 Aprel 2026
622
22:07 / 24 Aprel 2026
70
22:03 / 24 Aprel 2026
197
22:00 / 24 Aprel 2026
143
21:56 / 24 Aprel 2026
79
21:44 / 24 Aprel 2026
172
21:10 / 24 Aprel 2026
154
20:55 / 24 Aprel 2026
106
20:49 / 24 Aprel 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.