Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
22566
az

SEPAH Ukrayna təyyarəsinin vurulma məsuliyyətini üzərinə götürdü: “Qanadlı raketlə səhv saldıq”

16:1811 Yanvar, 2020
748
HƏRBİ
  • A
Tehranda Ukrayna təyyarəsinin qəzaya uğramasında məsuliyyəti İran İslam İnqilabı Keşikçiləri Kopusunun elit hərbi bölməsi öz üzərinə götürüb. SEPAH-ın Hərbi Hava Qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə etiraf edib ki, aviaqəza barədə öyrənəndə ölmək istəyib. Bu barədə TASS məlumat yayıb. “Ukrayna təyyarəsinin qəzaya uğraması barədə eşidəndə faciənin şahidi olmamaq üçün ölmək istədim”, - deyə general etiraf edib. Hacızadənin sözlərinə görə, İran Hava Hücumundan Müdafiə Sistemi təyyarəni qanadlı raketlə dəyişik salıb. “Biz bütün məsuliyyəti qəbul edirik və hökumətin verdiyi tapşırıqları yerinə yetirməyə hazırıq”, - deyə general yekunlaşdırıb. Xatırladaq ki, yanvarın 8-də Tehran aeroportundan havaya qalxan Ukraynanın sərnişin təyyarəsi uçuşdan az müddət sonra qəzaya uğrayıb. Həmin vaxt göyərtədə 167 sərnişin və 9 heyət üzvü olub. Yanvarın 10-da İran tərəfi təyyarənin təsadüfən vurulduğunu etiraf edib. Qəzaya səbəb kimi “insan faktoru” göstərilib. İran Prezidenti Həsən Ruhani istintaqın davam edəcəyini, təqsirkarların isə cəzalandırılacağını bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Almaniyada heç bir ABŞ raketi olmayacaq...
HDQ kursantları tapşırıqlar icra ediblər - VİDEO
Amerika yeni lazer silahları hazırlayır