Azərbaycan müharibənin ilk günündə bu taktikadan istifadə edibmiş... — İLGİNC AÇIQLAMA
28 Sentyabr 2026, 18:09
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
4971
04.05.2026, 10:01
Azərbaycan cəmiyyətində zaman-zaman gündəmə gələn ödənişli hərbi xidmət məsələsi ilə bağlı fikirlər səsləndirilir.
Məsələ ilə bağlı Oxu24.com-a danışan hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, bu sistemin ölkəmizdə tətbiqi qaçılmazdır, lakin bunun üçün ciddi hüquqi baza formalaşdırılmalıdır.
“Gec-tez bu məsələ gündəmə gələcək"...
Üzeyir Cəfərov qeyd edib ki, ödənişli əsgərlik modelinin tətbiqi üçün ilk növbədə qanunvericilik təkmilləşdirilməlidir. Hazırda bu istiqamətdə konkret addımlar atılmasa da, yaxın gələcəkdə Azərbaycanın bu təcrübəyə müraciət edəcəyi gözləniləndir:
“Azərbaycanda ödənişli əsgərlik tətbiq ediləcək. Necə ki, bu qardaş Türkiyədə, Gürcüstanda və bəzi Avropa ölkələrində var. Onların hər birində bunun müvafiq hüquqi əsasları yaradılıb”.
Hər kəs ödəniş edib xidmətdən yayına bilərmi?
Ekspertin sözlərinə görə, ödənişli xidmət hər istəyənin istifadə edə biləcəyi bir sistem olmamalıdır. Bu, güc strukturlarının fəaliyyətində boşluqlar yarada bilər. Burada əsas mexanizm dövlət qurumlarının koordinasiyalı işi üzərində qurulmalıdır.
Məsələn, gəncin gələcək fəaliyyət istiqaməti, inancları və ya müəyyən səbəblərdən silahlı xidmətə meyilli olmaması barədə “Elm və Təhsil Nazirliyi” və ya “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi” tərəfindən toplanan məlumatlar Səfərbərlik xidmətinə ötürülə bilər. Bu halda həmin şəxsin ödənişli və ya alternativ xidmətə cəlb olunması daha məqsədəuyğun hesab edilə bilər.
“Vətən qarşısında borc mütləqdir"
Üzeyir Cəfərov vurğulayıb ki, sistemin dəyişməsindən asılı olmayaraq, ölkənin müdafiə qabiliyyəti prioritet qalmalıdır:
“Kişi cinsindən olan hər bir vətəndaş əlində silah tutmağı bacarmalıdır.
Hər yerindən duran ödəniş edib xidmətdən qaçır" prinsipi yolverilməzdir. Hər bir şəxs müəyyən formada vətən qarşısında borcunu yerinə yetirməli və hərbi tapşırıqları qavramalıdır”.
Sonda ekspert bir daha qeyd edib ki, ödənişli əsgərliyin tətbiqi üçün həm müəyyən zaman kəsiyinə, həm də “mükəmməl qanunvericilik bazasına” ehtiyac var.
Çimnaz Telmanqızı
16:56 / 29 Sentyabr 2026
7
16:46 / 29 Sentyabr 2026
102
16:31 / 29 Sentyabr 2026
48
16:24 / 29 Sentyabr 2026
38
16:19 / 29 Sentyabr 2026
178
16:14 / 29 Sentyabr 2026
46
16:05 / 29 Sentyabr 2026
56
16:01 / 29 Sentyabr 2026
43
15:54 / 29 Sentyabr 2026
64
15:44 / 29 Sentyabr 2026
317
15:41 / 29 Sentyabr 2026
65
15:10 / 29 Sentyabr 2026
67
14:56 / 29 Sentyabr 2026
78
14:40 / 29 Sentyabr 2026
58
14:21 / 29 Sentyabr 2026
211
14:18 / 29 Sentyabr 2026
49
14:15 / 29 Sentyabr 2026
72
14:08 / 29 Sentyabr 2026
125
14:00 / 29 Sentyabr 2026
64
13:58 / 29 Sentyabr 2026
69
13:45 / 29 Sentyabr 2026
230
13:40 / 29 Sentyabr 2026
63
13:36 / 29 Sentyabr 2026
56
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.