Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı-FOTO
21 Fevral 2026, 18:49
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
62
23.02.2026, 00:18
Müzəffər Ordunun güclənməsi ilə yanaşı onun şəxsi heyətinin sosial müdafiəsinin təmin olunması da daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub.
Son illərdə hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, mənzil və tibbi təminatın gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılır. Bu sahədə həyata keçirilən tədbirlər həm də ordunun döyüş ruhunun və şəxsi heyətin xidmətə motivasiyasının artırılmasına xidmət edir. Bu gün ipoteka yolu ilə mənzil alan hərbçilərə xidmətlərinə görə əlavə olaraq ev hədiyyə olunması məsələsi ictimaiyyətdə maraq doğurur.
Bəs ipoteka yolu ilə mənzil alan hərbçilərə xidmətlərinə görə əlavə olaraq ev hədiyyə oluna bilərmi?
Mehman Muradlı
Oxu24.com məsələ haqda NOCOMMENT.az-a danışan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Mehman Muradlı deyib ki, bu, qanunvericilikdə nəzərdə tutulmayıb:
Həmçinin oxuyun
“Hərbçilərə təqdim edilən ipoteka kreditləri artıq xüsusi güzəşt mexanizmi əsasında həyata keçirilir. Ev hədiyyə oluna bilməz. İpoteka onlara sırf hərbçi olduqlarına görə verilir. Üstəlik, bu kreditlər illik 4 faizlə təqdim olunur ki, bu da faktiki olaraq bir növ sosial dəstək, yəni hədiyyə kimi qiymətləndirilə bilər. Həmin şəxslərə əlavə olaraq Müdafiə Nazirliyi tərəfindən mənzil verilməsi birmənalı şəkildə mümkün deyil”.
Vəkil bildirib ki, dövlətin əsas məqsədi hərbçilərin mənzil şəraitinin yaxşılaşdırılmasıdır və bu, hazırda güzəştli ipoteka proqramları vasitəsilə həyata keçirilir.
“Bundan kənar əlavə mənzil təminatı mexanizmi mövcud deyil. Ona görə də ipoteka ilə ev alan hərbçilərə xidmətlərinə görə əlavə olaraq mənzil hədiyyə olunması hüquqi baxımdan mümkünsüz sayılır”, – vəkil vurğulayıb.
00:21 / 23 Fevral 2026
24
23:49 / 22 Fevral 2026
35
23:47 / 22 Fevral 2026
35
23:28 / 22 Fevral 2026
38
23:15 / 22 Fevral 2026
43
23:10 / 22 Fevral 2026
49
22:50 / 22 Fevral 2026
42
22:39 / 22 Fevral 2026
131
22:33 / 22 Fevral 2026
53
22:19 / 22 Fevral 2026
53
22:09 / 22 Fevral 2026
59
21:48 / 22 Fevral 2026
113
21:27 / 22 Fevral 2026
60
21:08 / 22 Fevral 2026
78
20:48 / 22 Fevral 2026
58
20:32 / 22 Fevral 2026
70
20:29 / 22 Fevral 2026
65
20:18 / 22 Fevral 2026
154
20:09 / 22 Fevral 2026
72
19:50 / 22 Fevral 2026
84
19:37 / 22 Fevral 2026
75
19:30 / 22 Fevral 2026
65
19:24 / 22 Fevral 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.