Ağır qəzada 23 nəfər öldü
13 Noyabr 2026, 22:18
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
904
21.02.2026, 23:37
Tehranda ABŞ prezidenti Donald Trampın İran ünvanına səsləndirdiyi hədələr və mümkün hərbi əməliyyat gözləntiləri fonunda gərgin və təşvişli ab-hava hökm sürür.
Oxu24.com xəbər verir ki, bu barədə "Financial Times" (FT) nəşri yerli sakinlərə istinadən yazıb.
Nəşrin məlumatına görə, paytaxt sakinləri arasında qorxu hissi güclənib, bir çoxları yuxusuzluqdan əziyyət çəkir, ərzaq ehtiyatı toplayır. Hətta adi hadisələr belə təşvişə səbəb olur. Belə ki, yaxın günlərdə baş verən güclü ildırım zamanı bəzi sakinlər bunu hərbi əməliyyatın başlanğıcı hesab edərək pəncərələrə doğru qaçıblar. 1979-cu il İslam İnqilabının ildönümü ilə bağlı atəşfəşanlıq da oxşar panikaya yol açıb. Əczaçılar isə sakitləşdirici və yüksək təzyiq dərmanlarına tələbatın artdığını bildirirlər.
Sakinlər vəziyyəti “qaranlıq” kimi təsvir edir, normal həyatlarını davam etdirməkdə çətinlik çəkdiklərini deyirlər. Onların sözlərinə görə, qeyri-müəyyənlik səviyyəsi dözülməz həddə çatıb. Bəzi tehranlılar özlərini “geri çəkilməyən rejim, həmçinin geri addım atmayan ABŞ və İsrail arasında sıxışıb qalmış” kimi qiymətləndirirlər.
FT qeyd edir ki, paytaxt əhalisinin bu psixoloji vəziyyətinə yalnız ABŞ-la artan gərginlik deyil, ötən ilin iyununda baş vermiş 12 günlük müharibə və 2025-ci ilin sonlarında başlayan kütləvi etirazlar da təsir göstərib.
Son aylarda Vaşinqtonla Tehran arasında münasibətlər daha da kəskinləşib. "CBS News" ABŞ hərbçilərinin yaxın günlərdə zərbəyə hazır olduqlarını bildirib. Prezident Donald Tramp isə İranı razılaşmaya məcbur etmək məqsədilə məhdud zərbə variantını nəzərdən keçirdiyini açıqlayıb.
Eyni zamanda, "Axios" a danışan yüksək vəzifəli mənbə mümkün ssenarilərdən birinin İranın ali rəhbəri Ali Khamenei və onun potensial varisi kimi göstərilən oğlu Müctəba Xameneinin hədəfə alınmasını nəzərdə tutduğunu iddia edib.
Bundan əvvəl "The Washington Post" yazmışdı ki, Vaşinqton uzunmüddətli müharibə riski olsa belə, genişmiqyaslı hücuma hazırdır. Bloomberg isə ABŞ-ın Yaxın Şərqdə yerləşdirilmiş qüvvələrini martın ortalarınadək cəmləşdirməyi planlaşdırdığını qeyd edib ki, bu da genişmiqyaslı zərbə ehtimalını artırır.
ABŞ artıq Yaxın Şərqə əlavə hərbi aviasiya qüvvələri, o cümlədən F-35 və F-22 qırıcılarını göndərir. Bildirilir ki, bu, 2003-cü ildə İraqa müdaxilədən bəri regionda formalaşdırılan ən böyük hava qruplaşmalarından biridir. Bununla belə, Donald Trampın hücumla bağlı yekun qərar vermədiyi vurğulanır.Modern.az
22:18 / 13 Noyabr 2026
1
22:13 / 13 Noyabr 2026
30
22:03 / 13 Noyabr 2026
59
21:43 / 13 Noyabr 2026
483
21:36 / 13 Noyabr 2026
70
21:29 / 13 Noyabr 2026
95
21:24 / 13 Noyabr 2026
70
21:03 / 13 Noyabr 2026
86
20:58 / 13 Noyabr 2026
92
20:50 / 13 Noyabr 2026
972
20:41 / 13 Noyabr 2026
121
20:37 / 13 Noyabr 2026
94
20:35 / 13 Noyabr 2026
78
20:20 / 13 Noyabr 2026
99
20:09 / 13 Noyabr 2026
319
20:06 / 13 Noyabr 2026
93
20:05 / 13 Noyabr 2026
96
19:58 / 13 Noyabr 2026
321
19:53 / 13 Noyabr 2026
221
19:41 / 13 Noyabr 2026
127
19:38 / 13 Noyabr 2026
759
19:35 / 13 Noyabr 2026
112
19:30 / 13 Noyabr 2026
379
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.