Bakıda faciə:Ölən var
13 Noyabr 2026, 21:24
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1236
21.02.2026, 10:18
"Koti" kimi tanınan tiktoker Zeynəb Zeynallı həbs edilib.
Oxu24.com "Qafqazinfo"ya istinadla xəbər verir ki, məhkəmə prokurorluğun müraciəti əsasında belə qərar qəbul edib.
"Koti" bu dəfə Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən inzibati məsuliyyətə cəlb edilib. Qərarda yazılıb ki, 25 yaşlı Z.Zeynallı "this.koti" adlı səhifəsində əxlaqsız ifadələr, söyüşlər səsləndirib, 300 min nəfərə yaxın izləyicisi olan səhifə üzərindən cəmiyyətə qarşı açıqca hörmətsizlik edib. Bu hərəkətlər də sosial şəbəkələrdə kütləvi nümayiş etdirildiyi halda xırda xuliqanlıq hesab edilir.
"Koti" özü də məhkəmədə təqsirini etiraf edib. Deyib ki, çox aqressiv biri olduğu üçün onun barəsində mənfi fikirdə olanları elə sosial şəbəkə üzərindən təhqir edib. O, həmçinin İnzibati Xətalar Məcəlləsinə sosial şəbəkələrdə cəmiyyətə hörmətsizliklə bağlı yeni maddə əlavə edildiyini bilmədiyini deyib, bir daha bu cür hərəkətlər etməyəcəyinə söz verib.
Hakim onun geniş izləyici kütləsinin olmasını və nalayiq paylaşımları dəfələrlə təkrarlamasını əsas gətirərək 8 günlük həbs edilməsinə qərar verib. "Koti" məhkəmə zalından birbaşa saxlanılma məntəqəsinə aparılıb.
Qeyd edək ki, Z.Zeynallı bundan əvvəl dəfələrlə inzibati məsuliyyətə cəlb edilsə də, bu onun ilk həbsidir.
22:49 / 13 Noyabr 2026
1
22:41 / 13 Noyabr 2026
26
22:36 / 13 Noyabr 2026
42
22:18 / 13 Noyabr 2026
61
22:13 / 13 Noyabr 2026
65
22:03 / 13 Noyabr 2026
115
21:43 / 13 Noyabr 2026
677
21:36 / 13 Noyabr 2026
82
21:29 / 13 Noyabr 2026
110
21:24 / 13 Noyabr 2026
81
21:03 / 13 Noyabr 2026
95
20:58 / 13 Noyabr 2026
102
20:50 / 13 Noyabr 2026
1051
20:41 / 13 Noyabr 2026
131
20:37 / 13 Noyabr 2026
102
20:35 / 13 Noyabr 2026
88
20:20 / 13 Noyabr 2026
109
20:09 / 13 Noyabr 2026
354
20:06 / 13 Noyabr 2026
100
20:05 / 13 Noyabr 2026
102
19:58 / 13 Noyabr 2026
340
19:53 / 13 Noyabr 2026
238
19:41 / 13 Noyabr 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.