Müdafiə Nazirliyinin MƏLUMATI
08 Noyabr 2026, 22:16
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
1559
18.02.2026, 23:35
600 bal toplayanlar silahı elmlə əvəz edəcək.
Ali təhsilli gənclərin hərbi xidmət qaydalarında dəyişiklik edilib.
Son qərara əsasən, ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan şəxslər həqiqi hərbi xidmətlərini Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən intellektual bölmələrdə keçə biləcəklər.
Mövzu ilə bağlı hərbi ekspert Elmar Hüseynov Oxu24.com-a özəl açıqlamalar verərək, bu addımın strateji əhəmiyyətini və gələcəyin “robotlaşdırılmış müharibə” modelini şərh edib.
“Ümumiyyətlə, Azərbaycan Milli Müdafiə Universiteti nəzdində yaradılan intellektual bölmələrin yaradılması və bura kadrların hazırlanması dünya praktikasında bəlkə də, aparıcı, qabaqcıl orduları olan 3-4-5 orduda vardır.
Süni intellektin inkişaf etdiyi bir dövrdə yeni ideyaların, yeni təsisatların, eləcə də yeni strukturların idarə edilməsi, 44 günlük Vətən müharibəsi dövründə müasir silahların tətbiqi, analizlərin edilməsi, gələcəkdə daha çox ordunun kəmiyyətindən deyil, ordunun məhz müasir silahlarla, modern silahlarla təchiz edilmiş, idarə edilmiş orduların həyata keçirilməsi prosesi bir nümunədir.
Və bu addımın Azərbaycanda atılması gözəl bir addımdır. Məsələn, belə bir nümunə göstərə bilərəm ki, təsəvvür edin, insan kapitalına qoyulan əsgər modeli, robotlaşdırılmış hərbi sistemlərin, süni intellekt vasitəsilə idarə olunan cihazlar itki hesabından dövlətə daha az vəsaitə başa gəlməkdədir. Onların təmiri və mühafizəsi ilə yenidən sıraya qoyula bilər.
Ona görə də bu cür layihələrin işlənməsi, əslində intellektual səviyyəsi yüksək olan gənclərdə olmasıdır. Buna dair bir digər nümunəm də var: Artıq ordu dövriyyəsində hərəkət fəaliyyəti, insan bədənindəki istilik enerjisinin kinetik enerjiyə və yaxud mexaniki enerjiyə çevrilməsi üçün bir “jilet modeli” layihəsini bir gənc mənə söyləyib. Düşünürəm ki, onun heç vaxt orduda təcrübəsi olmur, amma elmi-praktiki olaraq bunları təcrübə etməsi üçün bir sahə lazımdır. Bu sahə də Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bu bölmələrlə bağlıdır.
Eyni zamanda kompüter sistemi ilə süni intellektin istər pilotsuz uçuş aparatlarında, istər pilotsuz uçuş aparatlarında özünü idarəetmə sütunları, strukturlarında, eləcə də zirehli texnikalarda artıq insansız atəşaçma, hərəkət etmə, yer təyinetmə proseslərini, hədəf axtarma, təsbit etmə, sıradan çıxarma prosesləri inkişafı ilə bağlı həyata keçirilir. Və baş verən müharibə doktrini, eləcə də müharibə teatr səhnəsinin simulyasiya edici sistemlərlə tətbiqi bunu özündə ehtiva edəcək. Və bu baxımdan da bu sahələri özündə birləşdirir.
Gələcəkdə ümumiyyətlə٫ hərbi təhsil sahəsində orta məktəblərdə də bu sahələrdə bir araşdırma aparılmalıdır. Şagirdlərin bu sahədə istiqamətləri onların şəxsi işlərinə yazılmalıdır. Bu şəxsi işlər ali təhsil müəssisələrində araşdırılmalıdır və sonradan bu cür gənclərin bu sahələrə cəlb olunmaması, kənarda qalmaması prosesinin qarşısının alınması üçün mütləq şəkildə bu qeydiyyata alma aparılmalıdır.
Və bal meyarını da düşünürəm ki, elə bir gənc var ki, 50 bal, 100 bal aşağı-yuxarı ,tutaq ki, onun sonra bu sahəyə inkişafı ola bilər. Bal meyarı həqiqətən də nəzərə alınmalıdır ki, sırf eyni bir rəqəm olmasın. Məsələn 550 balla 600 bal arasında olan gənclərlə müsabiqələr, onlarla söhbətləşmələr aparılaraq konkret onların da qəbul olunması haqqında belə bir addım atıla bilər”,-ekspert qeyd edib.
Çimnaz Telmanqızı
00:02 / 14 Noyabr 2026
72
23:58 / 13 Noyabr 2026
54
23:49 / 13 Noyabr 2026
53
23:40 / 13 Noyabr 2026
63
23:28 / 13 Noyabr 2026
65
23:22 / 13 Noyabr 2026
78
23:17 / 13 Noyabr 2026
79
23:09 / 13 Noyabr 2026
88
23:05 / 13 Noyabr 2026
85
23:02 / 13 Noyabr 2026
89
22:53 / 13 Noyabr 2026
99
22:49 / 13 Noyabr 2026
95
22:41 / 13 Noyabr 2026
92
22:36 / 13 Noyabr 2026
108
22:18 / 13 Noyabr 2026
98
22:13 / 13 Noyabr 2026
99
22:03 / 13 Noyabr 2026
571
21:43 / 13 Noyabr 2026
923
21:36 / 13 Noyabr 2026
106
21:29 / 13 Noyabr 2026
133
21:24 / 13 Noyabr 2026
295
21:03 / 13 Noyabr 2026
115
20:58 / 13 Noyabr 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.