Qaynar xətt:

(+99450) 247 90 86

Qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb  —  Müdafiə Nazirliyi açıqlama yaydı

HƏRBİ

960

09.04.2025, 10:16

Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Bu barədə  Oxu24.com-a Müdafiə Nazirliyindən bildirilib. 

"Aprelin 8-i saat 19:20-dən 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub", – məlumatda qeyd olunub. 

Bildirilib ki, ordunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.