Mövqelərimiz atəşə tutuldu
28 Aprel 2025, 11:30
Qaynar xətt:
(+99450) 247 90 86HƏRBİ
984
13.01.2025, 14:25
Azərbaycan Ordusunda radioelektronika sahəsi üzrə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.
Oxu24.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər 13 yanvar - 15 fevral 2025-ci il tarixlərdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə qəbul komissiyası tərəfindən Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilir.
Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunur.
Namizədlər qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidir:
- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
- şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə, çap edilmiş 2 nüsxədə);
- təhsil haqqında sənədin surəti (1 nüsxədə);
- doğum haqqında şəhadətnamənin surəti (1 nüsxədə);
Həmçinin oxuyun
Sənədlərin qəbulu həyata keçiriləcək ünvan:
Bakı şəhəri, Yasamal rayonu, Eldar Ağayev küçəsi 126 (Bakı Hərbi Məhkəməsinin yanı).
Müraciət etmə vaxtı: Qeyd olunmuş tarixlərdə, saat 09:00-dan 17:00-dək (bazar günləri istisna olmaqla).
Qeyd:
1. Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.
2. “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nu müvəffəqiyyətlə bitirmiş şəxslərin təyinatı Azərbaycan Ordusunun ehtiyaclarına uyğun vakant vəzifələrin komplektləşdirilməsi üzrə həyata keçiriləcək.
11:46 / 28 Aprel 2025
Türkiyədə yenə ard-arda zəlzələ oldu
1
11:44 / 28 Aprel 2025
Prezidentdən konfrans iştirakçılarına - Müraciət
1
11:40 / 28 Aprel 2025
Çaylarda sululuq artıb
2
11:39 / 28 Aprel 2025
Nərimanovda dayı bacısı qızını bıçaqlayıb
3
11:30 / 28 Aprel 2025
Mövqelərimiz atəşə tutuldu
29
10:56 / 28 Aprel 2025
Türkiyədə uçqun nəticəsində həlak olanlar var - video
68
10:41 / 28 Aprel 2025
Papanın dəfn mərasimində Trampın hərəkəti gündəm oldu
24
09:30 / 28 Aprel 2025
Stress zamanı yeyilməməsi lazım olan ən pis qidalar
32
09:16 / 28 Aprel 2025
Makronun mühafizə rəisi “qırmızı bülleten”lə axtarışa verildi
32
09:00 / 28 Aprel 2025
Hər kəs həşərat sanırdı, görün nə imiş - VİDEO
82
22:59 / 27 Aprel 2025
Əti kimi sidiyi də dərmandır — Dəvələr haqqında bilmədiklərimiz
751
22:51 / 27 Aprel 2025
Temperatur 8° enəcək - Xəbərdarlıq
109
22:47 / 27 Aprel 2025
“İlham Əliyevlə görüşümdə də bu öz əksini tapacaq” - Pezeşkian
103
22:43 / 27 Aprel 2025
Gəncədə 3 nəfər bıçaqlandı
101
22:37 / 27 Aprel 2025
“Qarabağ” 12-ci dəfə Azərbaycan çempionu olub
95
22:26 / 27 Aprel 2025
Anasının sevdiyi mahnını oxuyub hönkür-hönkür ağladı - Video - Foto
124
22:14 / 27 Aprel 2025
Zelenski “ən qaynar” döyüşlərin getdiyi yerləri açıqladı
167
22:05 / 27 Aprel 2025
Yanlış diaqnoz və qəfil ölüm — Fəxri Xiyabanda yer yoxdur deyib orada dəfn etmədilər
708
21:37 / 27 Aprel 2025
1 milyon qoyunu daşıyan gəmi batdı - VİDEO
196
21:34 / 27 Aprel 2025
Türkiyədə baş verən zəlzələlər süni şəkildə törədilir - ŞOK AÇIQLAMA
714
21:27 / 27 Aprel 2025
Bakıda külək attraksionu aşırdı - İçində uşaqlar olub
130
21:23 / 27 Aprel 2025
İranda matəm elan olundu
114
20:42 / 27 Aprel 2025
Anası dünyasını dəyişənə kimi onunla yatdı,anasının yanında da dəfn edildi — Zöhrə Abdullayevanın acı taleyi
3310
20:32 / 27 Aprel 2025
Leysan olacaq — XƏBƏRDARLIQ
140
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.