Qaynar xətt:

(+99450) 247 90 86

Sərhəddə atışma olub, bir Azərbaycan hərbçisi ölüb, biri yaralanıb -General ərazidədir

Sərhəddə atışma olub, bir Azərbaycan hərbçisi ölüb, biri yaralanıb -General ərazidədir

HƏRBİ

1521

10.03.2019, 13:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Bu gün saat 06:50 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına cəhd edilib.
Oxu24.com xəbər verir ki, sərhəd naryadı tərəfindən İrandan Azərbaycan istiqamətində silahlı şəxslərin hərəkəti aşkar olunub və qarşısı alınıb. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbinə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozucuları tərəfindən sərhəd naryadına qarşı silah tətbiq edilib.
Baş vermiş atışma zamanı sərhəd naryadının başçısı Daşkəsən rayonundan həqiqi hərbi xidmətə çağırılmış kiçik çavuş Məmmədov Səxavət Füzuli oğlu sinəsindən güllə yaraları alıb, sərhəd naryadının üzvü Siyəzən rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəbrayılov Vidadi Xəlifəqulu oğlu əlindən yaralanıb. Hər iki sərhədçi dərhal hərbi hospitala təxliyə olunsa da, kiçik çavuş S.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. \"\"Dövlət sərhədini pozmağa müvəffəq ola bilməyən sərhəd pozucuları geri qaçıblar. Hadisədən dərhal sonra DSX-nın rəisi general-polkovnik Elçin Quliyev və digər vəzifəli şəxslər əraziyə gəlib, hadisə yerinə baxış keçirib, əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsinə dair zəruri tapşırıqlar verib. DSX-nın rəhbər heyəti dövlət sərhədini mühafizə edərkən qəhrəmancasına həlak olmuş kiçik çavuş S.Məmmədovun atası ilə görüşüb və başsağlığı veriblər. DSX rəisinin əmri ilə kiçik çavuş Məmmədov Səxavət Fizuli oğlu (ölümündən sonra) və əsgər Cəbrayılov Vidadi Xəlifəqulu oğlu xidməti vəzifələrinin icrasında göstərdikləri şücaətə görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunublar. Hadisə ilə əlaqədar Hərbi Prokurorluqla birlikdə zəruri tədbirlər həyata keçirilir. Fakt üzrə cinayət işi başlanılıb.
Heydər Əliyev Fondu və Vatikan Apostol Arxivi rəqəmsal konservasiya üsullarına dair yeni razılaşma əldə ediblər

16:21 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Heydər Əliyev Fondu və Vatikan Apostol Arxivi rəqəmsal konservasiya üsullarına dair yeni razılaşma əldə ediblər

91

0
“Arvad al!” – Məsud Pezeşkiandan xahiş - VİDEO

16:09 / 24 Noyabr 2026

DÜNYA DÜNYA

“Arvad al!” – Məsud Pezeşkiandan xahiş - VİDEO

106

0
FHN güclü küləklə əlaqədar əhaliyə çağırış edib 

16:07 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

FHN güclü küləklə əlaqədar əhaliyə çağırış edib 

101

0
Moskva Cənubi Qafqaz masasına qayıdır? - Rusiyanın vasitəçilik həmləsi Bakı-İrəvan dialoqunu necə dəyişə bilər? — ŞƏRH  

16:02 / 24 Noyabr 2026

SİYASƏT SİYASƏT

Moskva Cənubi Qafqaz masasına qayıdır? - Rusiyanın vasitəçilik həmləsi Bakı-İrəvan dialoqunu necə dəyişə bilər? — ŞƏRH  

123

0
Azərbaycanda yeni sənəd hazırlanır - Gələcəkdə məcburi ola bilər 

15:41 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanda yeni sənəd hazırlanır - Gələcəkdə məcburi ola bilər 

113

0
Abbaszadənin boşanma ilə bağlı çıxışı yenidən gündəmdə - Video

15:40 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Abbaszadənin boşanma ilə bağlı çıxışı yenidən gündəmdə - Video

145

0
Bakıda tanınmış iş adamı vəfat etdi - Foto 

15:36 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakıda tanınmış iş adamı vəfat etdi - Foto 

959

0
Ramiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdilər 

15:34 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ramiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdilər 

425

0
2035-ci ilədək dünyanın dini xəritəsi dəyişəcək: İlahiyyatçıdan MÜHÜM AÇIQLAMA  

15:29 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2035-ci ilədək dünyanın dini xəritəsi dəyişəcək: İlahiyyatçıdan MÜHÜM AÇIQLAMA  

107

0
Penitensiar sistemdə “kadr boşluğu” necə doldurulacaq? – Hərbi ekspert seçimdə peşəkarlığın vacibliyindən danışdı  

15:17 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Penitensiar sistemdə “kadr boşluğu” necə doldurulacaq? – Hərbi ekspert seçimdə peşəkarlığın vacibliyindən danışdı  

142

0
Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub

15:10 / 24 Noyabr 2026

SİYASƏT SİYASƏT

Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub

129

0
Bakıda 49 yaşlı klinika rəhbəri vəfat etdi 

15:03 / 24 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakıda 49 yaşlı klinika rəhbəri vəfat etdi 

152

0