Ucuz qiymətə maşınlar satışa çıxır
11 İyun 2025, 20:11
Qaynar xətt:
(+99450) 247 90 86ELANLAR
1492
12.08.2023, 00:01
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
Tədbirlərin təşkili üzrə aparıcı mütəxəssis
Son tarix 31 avq 2023 [email protected]
Namizədlərdən öz CV-lərini bu mail ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 30 avqust, 2023-cü il
Vakansiya: Beynəlxalq münasibətlər və İctimaiyyətlə əlaqələr şöbəsi, Tədbirlərin təşkili üzrə aparıcı mütəxəssis
Vəzifə öhdəlikləri:
Nəzərdə tutulan tədbirləri konsepsiyadan sona qədər planlaşdırmaq və təşkil etmək;
Tədbirlərin təşkili üçün yer seçmək və büdcə hazırlamaq;
Təşkil edilən tədbirlərin plan və gündəliyini tərtib etmək;
PR mütəxəssislərinin və ya marketinq rəhbərlərinin köməyi ilə tədbiri ənənəvi və ya rəqəmsal şəkildə təşkil etmək üçün tədbir təlimatlarının, biletlərin, broşürlərin və hər hansı digər marketinq fəaliyyətlərinin ərsəyə gətirilməsini təmin etmək;
Tədbirin planlaşdırılması və icrasının iştirakçıları ilə işləmək, onlara rəhbərlik etmək;
Tədbir çərçivəsində təhlükəsizlik, işıqlandırma, səs avadanlığı, vitrinlər, səhnələr, parkinq, yemək və içki, fotoqraflar, çiçəkçilər, iaşəçilər və digət texniki xidmətlərin təşkili üçün danışıqlar aparmaq və müqavilə bağlamaq;
Vəzifəyə dair tələblər:
Ali təhsil;
Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr sahəsində ən az 3 il iş təcrübəsi;
Analitik düşüncə bacarığı;
Məsuliyyətli və dəqiq olmalı;
Detallara diqqət yetirməyi bacarmalı;
Dil bilikləri: azərbaycan dili əla, ingilis dili yaxşı səviyyədə;
MS Office (Word, Excel, Powerpoint) proqramları üzrə biliklər;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
Əmək haqqı: yüksəkdir
Bərpaçı memar
Son tarix 31 avq 2023 [email protected]
Namizədlərdən öz CV-lərini mail ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 30 avqust, 2023-cü il
Vakansiya:
Tarixi-mədəni irsin idarə olunması, qorunması şöbəsi, Bərpaçı memar, Abidələrin bərpası üzrə mühəndis (tarixi abidələr üzrə)
Vəzifə öhdəlikləri:
Bərpa edilən abidənin tarixi və konteksti haqqında məlumat toplamaq üçün araşdırma aparmaq;
Bərpa və ya konservasiya olunan abidədə ölçü işləri aparmaq, zədələnmiş və ya xarab olan sahələri müəyyən etmək və bərpa üçün tələb olunan işlərin həcmini müəyyənləşdirmək;
Tarixi abidənin struktur bütövlüyünə, estetikasına və tarixi əhəmiyyətini nəzərə alan bərpa planı hazırlamaq;
Layihəçi tərəfindən hazırlanan bərpa layihə paketlərinə baxış keçirib, rəylərin hazırlanması;
İcra olunan bərpa işlərinin layihəyə, büdcəyə və qrafikə uyğun yerinə yetirilməsinə nəzarət etmək;
Texniki hesabatların hazırlanması, təklif olunan müdaxilələri göstərən işçi çertyojlar, təsvirlər, layihənin qiymətləndirilməsi, material spesifikasiyası və tender sənədləri ilə bağlı işləri icra etmək;
Abidələr üçün layihə və texniki tapşırıqları hazırlamaq;
Həmçinin oxuyun
Sahə memarı
Son tarix 31 avq 2023 [email protected]
Namizədlərdən öz CV-lərini bu mail ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 30 avqust, 2023-cü il
Vakansiya: Ərazinin inkişafı və əmlakın idarə olunması şöbəsi, Sahə memarı
Vəzifə öhdəlikləri:
Memari dizayn layihələrini oxuya bilmək və iş paketlərinin hazırlanmasında köməklik göstərmək
Materiallar haqqında müvafiq araşdırmaları etmək
Tamamlama və bəzək işlərində işlərin icra edilməsi qaydalarında töhvə vermək
Yerində ölçü alımlarında və metraj hazırlanmasında töhvə vermək
İşlərin icrası üsulu haqqında fikir bildirmək və detal (düyüm) hazırlaya bilmək
İşin məzmununu qorumaq (Scope of works)
Bina və tikililərin və s. layihə təkliflərinin və baş planlarının işlənib hazırlanmasında, layihələşdirilməsində nəzərdə tutulan layihə tapşırıqlarının və şərtlərinin müvafiq orqanlarla razılaşdırılmasında bilavasitə iştirak edir
Vəzifəyə dair tələblər:
Ali təhsil (Memarlıq);
Mülki tikinti sahəsində sahə memarı kimi ən az 3 il sahə təcrübəsi;
Analitik düşüncə bacarığı;
Məsuliyyətli və dəqiq olmalı;
Detallara diqqət yetirməyi bacarmalı;
Dil bilikləri: azərbaycan dili əla, ingilis dili yaxşı səviyyədə;
MS Office (Word, Excel, Powerpoint) proqramları üzrə biliklər;
AutoCAD proqramı ilə işləmə qabiliyyəti, yüksək səviyyədə;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
Əmək haqqı: yüksəkdir.
19:05 / 05 İyul 2025
Bazar günü ilə bağlı XƏBƏRDARLIQ
81
18:59 / 05 İyul 2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşdü
7
18:48 / 05 İyul 2025
Bu avtomobillərə tələbat daha çoxdur
7
18:35 / 05 İyul 2025
FHN bu bazarı bağladı - Video
8
18:26 / 05 İyul 2025
Dəfndə millimizin baş məşqçisi də iştirak edir
18
18:14 / 05 İyul 2025
Aşura Günü qanvermə aksiyasında iştirak edənlərin sayı açıqlandı - Yenilənib
45
18:00 / 05 İyul 2025
İstanbulda zəlzələ oldu
49
17:49 / 05 İyul 2025
Mahmud Əmirəliyev Rusiyada SAXLANILDI
54
17:39 / 05 İyul 2025
Mingəçevirdə Kürdə iki kater toqquşdu - Yaralılar var+Yenilənib
52
17:22 / 05 İyul 2025
Kürdə boğularaq ölən 19 yaşlı Eldənizin FOTOsu
56
17:08 / 05 İyul 2025
Ərdoğan: Azərbaycan və Rusiya arasındakı gərginlik...
35
17:05 / 05 İyul 2025
"Dedilər ki, Azərbaycana səfər təhlükəli ola bilər"
32
15:25 / 05 İyul 2025
Ağır QƏZA: yaralılardan ikisi azyaşlıdır - FOTO
110
15:14 / 05 İyul 2025
Ərdoğan Ermənistan və Azərbaycanın imzalayacağı sülh müqaviləsindən danışdı
47
15:01 / 05 İyul 2025
Trampdan Ukrayna ilə bağlı gözlənilməz qərar
131
13:19 / 05 İyul 2025
Zelenskidən sonra onlarla danışdı
46
12:54 / 05 İyul 2025
Xərçəng hüceyrələrini 30 dəqiqəyə məhv edir
61
11:23 / 05 İyul 2025
Aşura günü ilə bağlı qanvermə aksiyası başladı
68
10:28 / 05 İyul 2025
Koronavirusun yeni ştammı aşkarlandı - Sürətlə yayılır
70
09:56 / 05 İyul 2025
Bu Avropa ölkəsi Rusiyaya nota verdi
66
09:35 / 05 İyul 2025
Bu gün Aşuradır
104
09:29 / 05 İyul 2025
Kiyev sakinləri metroda gecələyir - Video
74
09:15 / 05 İyul 2025
Maşın çökəkliyə düşdü - Sürücü öldü
74
09:00 / 05 İyul 2025
Bakı sakini telefon almaq istədi, dələduzluğun qurbanı oldu - VİDEO
67
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.