“Azərlotereya şans karvanı” ölkə boyu yola çıxır
08 İyul 2025, 17:41
Qaynar xətt:
(+99450) 247 90 86Rusiyada azərbaycanlı deputatın maaşını kəsdilər - ŞOK SƏBƏB
CƏMİYYƏT
158
04.07.2025, 23:29
Xanti-Mansi Muxtar Dairəsi Dumasının Kommunist Partiyasından olan azərbaycanlı deputatı Xalid Tağızadəyə maaş verilməsi dayandırılıb.
Oxu24.com Rusiya mediasına istinadən xəbər verir ki, bu gün keçirilən iclasda yerli parlamentin sosial inkişaf komitəsinin rəhbəri Vasili Filippenko deyib ki, X.Tağızadə rayon parlamentinin və komitələrinin iclaslarını buraxdığına, habelə deputatlıq vəzifələrinə məhəl qoymadığına görə maaşından məhrum edilməlidir.
Tağzadə səsvermədən əvvəl söz alıb, yenə qalmaqala səbəb olan çıxışını yada salıb. O deyib ki, heç kəsi incitmək istəmirdim. Mən ölkəmi sevirəm, 40 ildir ki, burada yaşayıram, burada yaşayanların hamısını sevirəm" deyə, çıxışında qeyd edib. pizza mizza
Yerli Dumanın sədri Boris Xoxryakov isə iddia edib ki, guya onun məvacibinin kəsilməsi haqda qərarın səsverməyə çıxarılması bundan əvvəlki məlum qalmaqallı çıxışı ilə birbaşa əlaqəsi yoxdur. Səsvermə nəticəsində 32 deputat Xalid Tağı-zadənin deputat maaşından məhrum edilməsinə səs verib, 1 deputat əleyhinə səs verib, 5 deputat isə səsvermədə iştirak etməyib.
Yada salaq ki, mayın 30-da Xanti-Mansi Muxtar Dairəsi Dumasında keçirilən müzakirələr zamanı bir sıra deputatlar dairənin yerli əhalisi arasında doğum səviyyəsinin azalmasından və əvəzində miqrant ailələrində, o cümlədən özbək və tacik mənşəli ailələrdə doğulan uşaqların sayının artmasından narahatlıq ifadə ediblər. Bununla yanaşı, regiona miqrant axınının artması ilə bağlı da ciddi narahatlıqlar səsləndirilib.
Cavab olaraq deputat Tağızadə bildirib ki, “gəlmələr müxtəlif olur”. O xatırladıb ki, vaxtilə Yuqra və Tümen vilayətinin bir hissəsi Sibir xanlığının tərkibində olub və bu xanlığın sonuncu hökmdarı Buxara xanlığından çıxmış, özbək mənşəli Şeybanilər sülaləsinə mənsub Küçüm xan olub. Tağızadə ehtimal edib ki, miqrantlar Xantı-Mansı Muxtar Dairəsinə öz tarixi vətənlərinə gəlirmiş kimi üz tuturlar.
Xantı-Mansı parlamentinin sədri Boris Xoxryakov deputatın sözünü kəsərək onu qaydalara əməl etməyə çağırıb. Buna baxmayaraq, Tağızadənin çıxışı internetə sızıb və geniş ictimai rezonansa səbəb olub. İclasın ertəsi günü Xoxryakov Dumanın etika komissiyasının məsələyə baxacağını və Tağızadənin açıqlamalarına qiymət verəcəyini bildirib.
Həmçinin oxuyun
X.Tağızadənin orta əsrlərdə Sibirdə mövcud olmuş türk xanlığı barədə söylədiyi sözlər o qədər güclü qəzəb və etiraz doğurub ki, artıq ertəsi gün o, “VKontakte” sosial şəbəkəsindəki səhifəsində üzr istəməyə məcbur qalıb. Parlament üzvünün sözlərinə görə, o, sadəcə, belə bir təfsiri ehtimal kimi irəli sürüb və bunu fakt kimi təqdim etməyib.
Lakin Azərbaycan əsilli deputatın üzr istəməsi qalmaqalın aradan qaldırılmasına kömək etməyib. Rusiya Dövlət Dumasının Sverdlovsk vilayətindən olan deputatı Maksim İvanov parlamentin üzvü Xalid Tağızadənin qalmaqallı çıxışını “saxta-tarixi mühazirə” adlandırıb. Onun fikrincə, bu cür bəyanatlar “nümunəvi və sərt şəkildə cəzalandırılmalıdır”. İvanov baş prokuror İqor Krasnova müraciət ünvanlayaraq Xalid Tağızadənin “Yuqra - özbəklərin vətənidir” fikirlərindən sonra onun çıxışlarının yoxlanmasını tələb edib. İvanov vurğulayıb ki, “keçmiş kimya müəlliminin açıq şəkildə saxta tarixə əsaslanan bir mühazirə oxuması” onda ciddi narahatlıq doğurub. O hesab edir ki, bu çıxışda Rusiya Federasiyasının ərazi bütövlüyünün və suverenliyinin pozulması əlamətləri görünə bilər.
Rusiya Liberal Demokrat Partiyasından olan Dövlət Dumasının deputatı Vladimir Sısoyev də “daha sərt addımlar atmağa” çağırıb və baş prokuror İqor Krasnovdan deputat Tağızadənin “etnik ədavətin qızışdırılması və Rusiyanın ərazi bütövlüyünə təhdid” ifadələrinin yoxlanılmasını istəyib. Rusiya Daxili İşlər Nazirliyi də qalmaqala cavab verib və insanlara bu cür bəyanatlara görə hüquqi məsuliyyət daşıdığını xatırladıb.
Xantı-Mansı Muxtar Dairəsinin Duması Rusiya Federasiyası Kommunist Gənclər İttifaqının təsisçilərindən biri X.Tağızadəni regional parlamentin sosial inkişaf komitəsi sədrinin müavini vəzifəsindən azad edib. Bu barədə məlumat regional parlamentin saytında dərc olunub.
Qalmaqaldan sonra deputat jurnalistlərin zənglərinə cavab verməyib və Dumanın iclaslarına qatılmayıb. Siyasi dairələrdə onun ölkəni tərk etdiyi və Azərbaycana gəldiyi barədə məlumatlar yayılıb.
Xalid Tağızadə 1978-ci il noyabrın 15-də Sumqayıt şəhərində anadan olub. O, Krasnoyarsk Dövlət Universitetinin məzunudur. “Kriminalistika kimyası” üzrə ixtisaslaşıb. Eyni zamanda M.F.Reşetnev adına Sibir Aerokosmik Akademiyasının hərbi fakültəsində təhsil alıb. Bir müddət Yuqra şəhərinin Daxili İşlər İdarəsində məhkəmə-tibb eksperti işləyib. 2019-2021-ci illərdə Megion Şəhər Dumasının altıncı və yeddinci çağırışlarının deputatı olub. 2021-ci ildən Xantı-Mansı Muxtar Dairəsi Dumasının deputatıdır. Evlidir, iki övladı var.
18:10 / 08 İyul 2025
Talibandan qəribə video: Bu üsulla turistləri ölkəyə çağırdılar
1
18:00 / 08 İyul 2025
Fransada fikirlər haçalandı
6
17:57 / 08 İyul 2025
Putin onu nazir təyin etdi
71
17:41 / 08 İyul 2025
“Azərlotereya şans karvanı” ölkə boyu yola çıxır
16
17:36 / 08 İyul 2025
Keçmiş nazirin meyiti yarıldı - DETALLAR
68
17:31 / 08 İyul 2025
Fərid Abuşov işdən çıxarıldı
110
17:25 / 08 İyul 2025
İlham Əliyev başsağlığı verib
88
17:07 / 08 İyul 2025
SON DƏQİQƏ! Prezident onlara rütbələr verdi
676
16:47 / 08 İyul 2025
Canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ
29
16:44 / 08 İyul 2025
Rövşən Rzayev vətəndaş qəbulu keçirib
28
16:28 / 08 İyul 2025
İsrail-İran müharibəsi yarımçıq qalıb - Sabiq səfir
27
16:17 / 08 İyul 2025
Usta İcra Hakimiyyəti binasının damından yıxılıb öldü - Yenilənib
40
15:40 / 08 İyul 2025
Polis əməkdaşlarının sosial müdafiəsi gücləndirilir
45
15:14 / 08 İyul 2025
Türkiyə şəhidini dəfn edir
40
15:03 / 08 İyul 2025
Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu mövzusunda konfrans keçirilib
40
15:00 / 08 İyul 2025
İsrail həbsxanalarında 11 minə yaxın fələstinli var - AÇIQLAMA
85
15:00 / 08 İyul 2025
Zelenski Ukraynanın ABŞ-dakı səfirini işdən çıxarmaq barədə xəbərdar edib
48
14:53 / 08 İyul 2025
Nazirlər Kabineti yeni qərar qəbul edib
295
14:31 / 08 İyul 2025
Macarıstan işıqsız qalıb
46
14:20 / 08 İyul 2025
Bakı aeroportunda ÖLÜM
516
14:17 / 08 İyul 2025
Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə yeni müdir təyin olunub
45
14:00 / 08 İyul 2025
Peskov Ukrayanaya verilən silahlardan narahatdır
91
13:25 / 08 İyul 2025
Tramp Rusiyaya təsir edə biləcəkmi?
45
13:10 / 08 İyul 2025
Polis bu əməlinə görə qadını tutdu - FOTO
600
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.