Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
55051
az

TƏCİLİ ELAN! Yüksək maaşa işçi tələb olunur

22:1506 İyun, 2021
3327
ELANLAR
  • A

Azərbaycan Beynəlxalq Bankı Daxili Audit departamentinə baş auditor / aparıcı auditor / auditor vəzifələrinə vakansiya elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq;
Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
Bankdaxili aktiv sosial həyat
Bizim üçün ideal namizəd:

•    Ali təhsilli (İqtisadi/Hüquqi);

•    Əlaqədar sahələrdə minimum 3 illik iş təcrübəsi (Maliyyə Sektoru və Böyük audit dördlüyü) olan;

•    Analitik və tənqidi düşüncə, detallara diqqət, məntiqi mülahizə, zamanın idarə olunması və ünsiyyət bacarıqlarına sahib olan;

•    Azərbaycan, rus və ingilis dillərini yaxşı bilən;

•    Microsoft Office proqramları ilə işləmə bacarığı olan;

•    Son 6 ay ərzində intizam tənbehi (yazılı xəbərdarlıq və töhməti) olmayan şəxsdir.

QEYD: CIA, ACCA kimi beynəlxalq sertifikatlara malik olan, VBA, SQL, Python tipli proqramlarda işləmə bacarığı olan namizədlərə üstünlük veriləcəkdir.

Görəcəyiniz işlər:

•    İdarəetmə, risklərin idarəedilməsi və daxili nəzarət mexanizimlərinin effektivliyinin, səmərəliliyinin təhlili, o cümlədən requlyativ tələblərə və qabaqcıl təcrübəyə uyğunluğunun qiymətləndirilməsi;

•    Beynəlxalq daxili audit standartlarına uyğun olaraq audit layihələrinin icrası və ya idarə edilməsi;

•    Daxili nəzarət sisteminin adekvatlığının, eləcə də fəaliyyətlərin səmərəliliyinin və xərclərin effektivliyinin qiymətləndirilməsi;

•    Bankın fəaliyyətini əhatə edən biznes proseslərin təhlili və qiymətləndirilməsi, o cümlədən proseslərin requlyativ tələblərə və qabaqcıl təcrübəyə uyğunluğunun və adekvatlığının qiymətləndirilməsi;

•    Maliyyə hesabatlarının dəqiqliyinin və etibarlığının qiymətləndirilməsi;

•    Audit zamanı sahə işlərinin aparılması, auditin nəticələri, verilmiş tövsiyələr eləcə də onların icra müddətlərinin müəyyən edilməsinə dair hesabatların tərtib edilməsi;

•    Audit tövsiyələrinin icra səviyyəsinin yoxlanılması;

•    Qayda və prosedurların həyata keçirilməsi, qanunvericiliyə və davranış məcəlləsinə riayət olunmasının qiymətləndirilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Daxili auditor” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

Daxili audit işinin spesifikliyini nəzərə alaraq müraciət edərkən müvafiq link (//mbti.az/#home) üzrə testdən keçməyiniz və test nəticələrini məktuba əlavə etməyiniz arzuolunandır.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ucuz qiymətə ev və obyekt satılır - TƏCİLİ
"Az-Granata" işçi axtarır - MAAŞ 1500-1800 MANAT
TƏCİLİ! Ankarada yaşayan azərbaycanlı gəncə təcili qan lazımdır

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi