Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33890
az

DİM müraciət etdi: İmtahana gedəcək şəxslərin nəzərinə!

13:5026 İyun, 2020
2265
ELANLAR
  • A

Dövlət İmtahan Mərkəzi 2 və ya 3 iyul tarixlərində keçiriləcək buraxılış (qəbul) imtahanlarında iştirak edəcək şəxslərə müraciət edib.

DİM-dən  verilən məlumata görə, şagirdlər (abituriyentlər) “İmtahaha buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərlər.

İştirakçılar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənəd və “İmtahana buraxılış vərəqəsi” ilə yanaşı “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edib özləri ilə gətirməlidirlər.

“İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” DİM-in saytında “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və abituriyentin özü tərəfindən imzalanır.

Bundan əlavə, imtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

2 və ya 3 iyul tarixlərində (Qrafik) imtahan verən şəxslər DİM-in saytında yerləşdirilmiş müvafiq keçidlər vasitəsilə “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni” çap edə bilərlər:

– Əvvəlki illərin məzunları üçün I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi və kolleclərə qəbul imtahanı, Naxçıvan;

–  9 və ya 11-ci sinif üzrə buraxılış imtahanları;

– Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları;

– Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu (cari və əvvəlki illər) və 11-ci sinif (cari il) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları;

– Heydər Əliyev adına Hərbi Liseyə qəbul imtahanı, Naxçıvan.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət qurumu işçilər axtarır - MAAŞ 1500-2000 MANAT
Holding işçi axtarır - MAAŞ 1939-2366 MANAT
"Baku Bus" işçi axtarır - MAAŞ 2450 MANAT

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Məşədi Dadaş” məscidinin imamına sui-qəsd təşkil edən şəxs həbs olundu