"iPhone 18 Pro"nun qiyməti AÇIQLANDI
16 Aprel 2026, 23:34
Qaynar xətt:
(+99450) 247 90 86
ELANLAR
1037
15.02.2020, 15:58
Hazırda Azərbaycanda icbari tibbi sığorta xidməti göstərilən şəxslərin 28 faizi uşaqlardır.
Oxu24.com xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov Bakıda keçirilən Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlar üçün 2-ci “Fərqli fərdlər” Konqresində çıxışı zamanı deyib.
Ş.Eyvazov bildirib ki, yanvarın 1-dən Azərbaycanda mərhələli şəkildə icbari tibbi sığortanın tətbiqinə başlanılıb:
Həmçinin oxuyun
"Artıq 23 rayon və şəhərdə ümumilikdə 2 milyondan çox Azərbaycan vətəndaşına icbari tibbi sığorta xidməti göstərilir. Həmin şəxslərin 28 faizi uşaqlardır. Ölkədə 18 yaşına kimi uşaqlara göstərilən xidmət tam ödənişsizdir".
Agentlik rəsmisi qeyd edib ki, agentliyin tərkibində yaradılan Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə 3000-dən çox tibb müəssisəsinin idarəedilməsi həvalə olunub. Onların arasında uşaq bərpa müalicə mərkəzləri, uşaq poliklinikaları, xəstəxanaları, psixonevroloji uşaq evləri və digər tibb müəssisələri var.
Ş.Eyvazovun sözlərinə əsasən, bu gün xüsusi qayğıya ehtiyacı olan uşaqlar dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub. Fərdi özəlliyi olan uşaqlarda özünəinam hissi yaradılmalı, onların təhsilinin keyfiyyəti yüksəldilməlidir. Onlar özünü təcrid olunmuş kimi deyil, cəmiyyətin aktiv bir üzvü kimi hiss etməlidirlər: "Təsadüfi deyil ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılandan onun fəaliyyətinin ilk istiqamətlərindən biri uşaqların sağlamlığının təmin edilməsi olub".
23:21 / 24 Aprel 2026
14
22:43 / 24 Aprel 2026
180
22:31 / 24 Aprel 2026
42
22:31 / 24 Aprel 2026
53
22:29 / 24 Aprel 2026
44
22:21 / 24 Aprel 2026
50
22:20 / 24 Aprel 2026
53
22:15 / 24 Aprel 2026
1168
22:13 / 24 Aprel 2026
40
22:10 / 24 Aprel 2026
343
22:07 / 24 Aprel 2026
46
22:03 / 24 Aprel 2026
107
22:00 / 24 Aprel 2026
82
21:56 / 24 Aprel 2026
49
21:44 / 24 Aprel 2026
135
21:10 / 24 Aprel 2026
103
20:55 / 24 Aprel 2026
77
20:49 / 24 Aprel 2026
83
20:29 / 24 Aprel 2026
107
20:08 / 24 Aprel 2026
97
19:52 / 24 Aprel 2026
69
19:37 / 24 Aprel 2026
80
19:29 / 24 Aprel 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.