Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Rusiya üçün şok: Putin təcili xüsusi komissiya yaradıb

SON DƏQİQƏ! Rusiya üçün şok: Putin təcili xüsusi komissiya yaradıb

DÜNYA

866

08.10.2022, 10:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Prezidenti Vladimir Putin Krım körpüsünün partladılmasını araşdırmaq üçün hökumət komissiyasının yaradılması barədə göstəriş verib.

Oxu24.com  TASS-a istinadən bildirir ki, bunu dövlət başçısının sözçüsü Dmitri Peskov deyib. 

O qeyd edib ki, V.Putin hadisə ilə bağlı Rusiyanın Baş naziri Mixail Mişustinlə yanaşı, Fövqəladə Hallar və Nəqliyyat nazirliklərinin, hüquq-mühafizə orqanlarının hesabatlarını dinləyib. 

D.Peskov söyləyib ki, Rusiya Fövqəladə Hallar və Nəqliyyat nazirliklərinin rəhbərləri hadisə yerinə gediblər.

Bundan başqa, Rusiyanın Terrorla Mübarizə Komitəsi Krım körpüsündə baş verən partlayışın ilkin səbəbini açıqlayıb. Qurumdan bildirilib ki, körpüdəki 7 yanacaq çəninin yanmasının səbəbi yük maşınının partladılması olub.