Qaynar xətt:

(+99450) 247 90 86

Cavuşoğlu: “Can Azərbaycan peşəkar yanğın-xilasetmə qrupu və texniki dəstək göndərib”

Cavuşoğlu: “Can Azərbaycan peşəkar yanğın-xilasetmə qrupu və texniki dəstək göndərib”

DÜNYA

1186

06.08.2021, 23:41

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlu Antalyadakı mətbuat konfransında çıxış edərkən Azərbaycanın yanğınlarla mübarizədə göstərdiyi dəstəyi önə çəkib:

"Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin təlimatı ilə 200 nəfərlik növbəti yanğın-xilasetmə qrupu Dalaman hava limanına eniş edəcək.

Dünən də Azərbaycandan Gürcüstan üzərindən quru yolla hərəkət edən 162 nəfərlik yanğın-xilasetmə qrupu və 40 yanğınsöndürmə texnikası Türkiyəyə çatıb. Meşə yanğınlarının söndürülməsi üçün can Azərbaycan əvvəldən də peşəkar yanğın-xilasetmə qrupu və texniki dəstək göndərib”, - deyə nazir bildirib.