ChatGPT ölüm ayağında olan qadına “hələ çox yaşayacaqsan” yazıb
11 Noyabr 2026, 23:50
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
3354
05.06.2021, 23:42
Dini təlimlərin nəzərinə görə, insanın ölüm barəsində düşünməsi təbii bəhrələrdən məhrum olmasına gətirib çıxartmaz. Bəlkə ona şərait yaradar ki, dünyada olan nemətlərdən daha layiqli həyat qurmaq üçün istifadə etsin.
İnsanın həm dünyası vardır, həm də axirəti. Dünya - axirətin qiymətidir, sərmayə əldə etmək yeridir.
Ölümü düşünmək həyat tormozuna bənzəyir. O zaman ki, nəfsani istəkləri həddi aşır, insan ölümü yada salaraq bu istəklərinə tormoz edə bilər.
O zaman ki, insan seçim qarşısında qalar, ölümü yada salmaq axirəti seçməsinə gətirib çıxardar.
İmam Əli (ə) buyurur: "Ləzzətləri aradan aparanı, şəhvəti qaraldanı, arzuları sındıranı yada salın. O zaman ki, çirkin işlərə tərəf tələsirsiniz, Allahdan yardım istəyin".
O zaman ki, insan ölümü yada salar - ölümdən sonrakı dünyaya yəqinlik əldə edər. O zaman ölümü yox olmaq hesab etməz. Həyatının ancaq bu dünyada keçəcəyinə inanmaz. O, dünyanı həyatının müqəddiməsi bilər. Ölümü başqa dünyaya köçmək üçün körpü kimi görər. Başa düşər ki, bu dünyada müsafirdir və ömür - ona verilən sərmayədir. O dünyanı kiçik bir çay kimi görər ki, onda üzərək böyük bir okeana qoşular ki, bu da Qiyamətdir.
Ölümü bu cür təsvir edənlər üçün həyat seçimləri asan olar. Müsibətlər daha az əzab verər. Həyatın çətinliklərini asanlıqla arxada qoya bilər. Çünki bu həyat onun üçün mühüm olmaz. O zaman ki, ölüm onun sorağına gələr, pərişan olmaz. Çünki ömrü boyu onun haqqında düşünmüşdür və ona hazırlığı vardır.
Ölüm haqqında düşünmək insanı günahdan çəkindirər və yaxşı əməllərə tərəf təşviq edər. Bu cür insan tövbə qapısından əl çəkməz və həyatının nə zaman sona çatacağını bilmədiyi üçün, daima yaxşı əməllərə tərəf hərəkət edər. Dünyadakı sərmayəsini bada verməz. Onu yaxşı əməllərə sərf edər.
Beləliklə deyə bilərik ki, ölüm elə bir fikri tormozdur ki, insanı nəfsani istəklərdən saxlayar. İnsana axirəti tanıdar və dünyadan bir körpü kimi istifadə etməsinə yol açar. İnsan günahdan qaçar və yaxşı əməllərə üz tutar. Daima Allaha diqqət edər və Ondan yardım istəyər.
03:10 / 12 Noyabr 2026
59
01:25 / 12 Noyabr 2026
105
00:55 / 12 Noyabr 2026
117
00:43 / 12 Noyabr 2026
110
00:35 / 12 Noyabr 2026
241
00:33 / 12 Noyabr 2026
109
00:27 / 12 Noyabr 2026
120
00:24 / 12 Noyabr 2026
133
00:19 / 12 Noyabr 2026
143
00:17 / 12 Noyabr 2026
206
00:11 / 12 Noyabr 2026
136
23:54 / 11 Noyabr 2026
119
23:52 / 11 Noyabr 2026
123
23:50 / 11 Noyabr 2026
145
23:45 / 11 Noyabr 2026
1097
23:28 / 11 Noyabr 2026
116
23:24 / 11 Noyabr 2026
124
23:18 / 11 Noyabr 2026
136
23:09 / 11 Noyabr 2026
134
23:03 / 11 Noyabr 2026
122
23:01 / 11 Noyabr 2026
145
22:55 / 11 Noyabr 2026
119
22:38 / 11 Noyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.