Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyada azərbaycanlını öldürən polisin arvadının yalanı üzə çıxdı

Rusiyada azərbaycanlını öldürən polisin arvadının yalanı üzə çıxdı

DÜNYA

2574

04.06.2021, 23:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyada azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirən polis əməkdaşının həyat yoldaşının onun ünvanına hədə-qorxuların gəlməsi barədə dedikləri həqiqətə uyğun deyil.

Oxu24.com  verir ki, bu barədə Novosibirsk vilayəti DİN Baş idarəsindən yayılan məlumatda bildirilib.

"Polis əməkdaşının həyat yoldaşının sorğu-sualı zamanı müəyyən olunub ki, xanım öz vəkilinin tövsiyəsilə ictimaiyyətin diqqətini bu məsələyə yönəltmək üçün belə bəyənat verib. Onun və qohumlarının ünvanına heç bir hədə olmayıb”, - deyə idarənin məlumatında qeyd olunub.

Həmçinin polis idarəsi jurnalist və bloqerləri məsələ ilə bağlı spekulyasiyalara yol verməməyə və yalnız rəsmi xəbərləri izləməyə çağırıb. 
 
(Oxu.az)