Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistana silah satışı qadağan edilməlidir - Korotçenko

Ermənistana silah satışı qadağan edilməlidir - Korotçenko

DÜNYA

836

02.06.2021, 20:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İkinci Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən Azərbaycanın şəhərlərinə endirilən raket zərbələri barədə qərarlar sırf rəsmi İrəvan tərəfindən qəbul olunub.

Oxu24.com xəbər verir ki, bunu rusiyalı ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko açıqlamasında deyib.

O vurğulayıb ki, raket zərbələri ilə bağlı məsuliyyət tamamilə Ermənistanın hərbi və siyasi rəhbərliyinin üzərinə düşür.

Ekspert qeyd edib ki, şəhərlərə raket zərbələrinə heç bir şəkildə haqq qazandırmaq olmaz, çünki bu, hərbi cinayətdir.

Onun sözlərinə görə, Ermənistan hücum silahlarının istifadəsi zamanı məsuliyyətsiz davrandığı üçün bu cür silahların Ermənistana tədarükünə embarqo qoyulmalıdır:

"Ermənistan onları hərbi tapşırıqlar üçün deyil, dinc əhalini məhv etmək üçün istifadə edib. Fikrimcə, Ermənistan silahlı qüvvələrinə hücum silahlarının tədarükü gələcəkdə qadağan olunmalıdır".