Qaynar xətt:

(+99450) 247 90 86

Ət alan zaman qarşılaşdığı "mənzərə" dəhşətə gətirdi - VİDEO

Ət alan zaman qarşılaşdığı \\\"mənzərə\\\" dəhşətə gətirdi - VİDEO

DÜNYA

1302

01.06.2021, 20:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ-ın Manhetten əyalətindəki bazarlardan birində ürək bulandıran görüntülər qeydə alınıb.

Oxu24.com haberler.com-a istinadən xəbər verir ki, bazarın qəssab otağında sifarişini gözləyən Britni Ellis adlı bir müştəri həmin vaxt piştaxtada siçanın ət yediyini görüb və dərhal onu videoya çəkməyə başlayıb. Gördüyü mənzərədən sonra sifarişlərini qəbul etməkdən imtina etdi və TikTok hesabında görüntüləri paylaşıb. Milyonlarla insan da bu videonu izləyib. Kadrlar 200 minə yaxın bəyənmə yığıb.

Bir istifadəçi "Siçan ən yaxşı həyatını yaşayır", digər bir istifadəçi "Bu necə ola bilər?" yazıb. Videonu izləyən bazar nümayəndələri bütün məhsulların dərhal çıxarılaraq atıldığını və təmizlik işləri aparıldığını, hadisədən üzüldüklərini dilə gətiriblər.