Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54716
az

İnsan orqanizmi maksimum neçə il yaşaya bilər? – ALİMLƏR HESABLADI

23:2231 May, 2021
1531
  • A

İnsan orqanizmi ölümsüz deyil. Onun bəlli istifadə və istifadə ömrü var. Bəlli müddətdən sonra bədən özünü bərpa edə bilməyəcək.

Oxu24.com xəbər verir ki, Sinqapur, Nyu York və Moskva elmi intitutularının alimləri Nature Communications dərgisində çap etdirdikləri elmi məqalədə insan orqanziminin maksimum müddətini açıqlayıb.

İnsanlar maksimum 120-150 il yaşaya bilər. Lakin bundan o tərəfəimkan yoxdur. Sərhəd bitir.

Alimlər riyazi modelləşdirmə ilə sübut ediblər ki, 120-150 yaşda insan bədəni xəstəliklərdən, travmalardan və stresdən bərpa olma imkanını itirir.

Bədən xarici görünüşcə normal görünə bilər, lakin bərpa olmaq qabiliyyəti azalır.
Alimlər ABŞ, Britaniya və Rusiyada 500 min anonim insanın tibbi məlumatlarını analiz ediblər.

Onlar insanların ildə 2 dəfə verdikləri qan analizlərini təhlil ediblər. Analizlərdə müxtəlif yaş qruplarında ağ qan hüceyrələrinin miqdarına baxılıb. Bu hüceyrələr xəstəliklərlə mübarizə aparır.

Nəticələr göstərib ki, 40-70-90 yaşa kimi ağ qan hüceyrələrinin sayında azalmalar olur.
Ona görə yaş keçdikcə saçlar sürətlə ağarır.

Alimlər hesablamalarla sübut ediblər ki, 120-150 yaş arasında bu hüceyrələr tamam itir və insan yaşamaq qabiliyyətini də itirir.

Tədqiqatın rəhbəri deyib ki. baxmayaraq ki, insan 150 il yaşaya bilər, amma bu yaxşı həyat keyfiyyəti demək deyil.
Ahıl yaşda sağlam qalmaq çox çətindir. Bu böyük vəsait, vaxt və tibbi resurs tələb edir.
Çünki xəstələnən yaşlının bərpası asan olmur.

Alimlər bildirir ki, əgər orqanizmin bərpa və müqavimət gücünü artırmaq üçün müalicə və dərmanlar olsaydı, o zaman insanlar 120 yaşa kimi normal və sağlam yaşaya bilərdilər.

Bundan çıxış yolu isə mexaniki orqanların yaradılması və qocalan hüceyrələri, xüsusən qan hüceyrələrini yenidən proqramlaşdırmaqdadır.

Əsas insanın çox yaşaması yox, ahıl yaşda xəstəlik və travmalardan tez bərpa olmasını təmin etməkdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Çin NATO-nun maraqlarına MEYDAN OXUYUR" -Yens Stoltenberq
Hansı heyvanlar güzgüdə özlərini tanıyırlar? -ARAŞDIRMA
Macarıstan AB Şurasının sədri oldu

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Bakıda qardaş bacısını boğaraq öldürdü