Qaynar xətt:

(+99450) 247 90 86

Yeni ölümcül pandemiya yayılır

Yeni ölümcül pandemiya yayılır

DÜNYA

884

29.05.2021, 20:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Artıq çəki və piylənmə cəmiyyətdə o qədər artıb ki, ölümcül pandemiya xüsusiyyəti qazanıb.

Oxu24.com oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov xəbərdarlıq edib.

Onun sözlərinə görə, insanlar koronavirus pandemiyasından daha çox artıq çəkinin nəticələrindən ölürlər.

Myasnikov piylənmənin bəşəriyyətin demək olar ki, yarısına (insanların 47 faizi) xas olduğunu və planetin hər onuncu sakininin bundan əziyyət çəkdiyini vurğulayıb.

Həkim bildirib ki, koronavirus pandemiyası ildə təxminən iki milyon insanı öldürürsə, piylənmə ilə əlaqəli xəstəliklərdən Yer üzündə on milyonlarla insan ölür.