Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyadan dəhşətli xəbər gəldi: Xeyli sayda ölən var

Rusiyadan dəhşətli xəbər gəldi: Xeyli sayda ölən var

DÜNYA

1934

22.05.2021, 08:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın Udmurtiya respublikasında güclü yanğın baş verib.

Bu barədə Oxu24.com RİA “Novosti”yə istinadən xəbər verir.

Hadisə Uvinsk rayonunun Nılqa kəndində qeydə alınıb. Belə ki, kənd ərazisindəki taxtadan olan evdə başlayan yanğın hadisə yerinə cəlb edilən yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğın yerinin kəşfiyyatı zamanı bir ailənin altı üzvünün meyiti aşkar olunub.

Qeyd olunub ki, 36 yaşlı kişi, 32 yaşlı qadın və 11, 12, 8 və bir yaşlı uşağın meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.