Qaynar xətt:

(+99450) 247 90 86

Ər-arvad üç saat fərqlə koronavirusdan öldü

Ər-arvad üç saat fərqlə koronavirusdan öldü

DÜNYA

1116

21.03.2021, 22:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyədə koronavirusa yoluxan cütlük eyni gündə vəfat edib.

Aydın vilayətində yaşayan 67 yaşlı Yılmaz Karınca və 63 yaşlı həyat yoldaşı Meral Karınca 3 saat aralıqla müalicə aldıqları xəstəxanada dünyalarını dəyişiblər.

Cütlüyün bir müddət əvvəl koronavirusa yoluxduğu bildirilir. Onlar yaşadıqları ərazisindəki Fehime Faik Kocagöz Dövlət Xəstəxanasının reanimasiya şöbəsində müalicə alıblar. Həkimlərin səylərinə baxmayaraq, Yılmaz Karınca ötən gün gecə vəfat edib. 3 saatdan sonra isə həyat yoldaşı Meral Karıncanın ölüm xəbəri gəlib.