Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ S-400-lə əlaqədar Hindistanı sanksiyalarla təhdid edib

ABŞ S-400-lə əlaqədar Hindistanı sanksiyalarla təhdid edib

DÜNYA

875

21.03.2021, 12:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
ABŞ Hindistanı Rusiyadan S-400 Zenit Raket Sistemləri (ZRK) almaqdan imtina etməyə çağırıb.
APA-nın “Alman dalğasına” istinadən verdiyi məlumata görə, bu məsələ martın 20-də ABŞ müdafiə naziri Lloyd Ostininin Hindistana səfəri zamanı həmkarı Racnatx Sinqx ilə görüşdə müzakirə olunub. Lloyd Ostin jurnalistlərə açıqlamasında deyib ki, Vaşinqton müttəfiqləri və tərəfdaşlarını təkidlə S-400 almaqdan çəkinməyə çağırır, əks təqdirə ABŞ-ın sanksiya tətbiq edəcəyi nəzərə çatdırılır.
Qeyd edə ki, Rusiya və Hindistan arasında S-400-lərlə bağlı müqavilə 2018-ci ildə imzalanıb. Müqavilənin dəyəri 800 milyon dollardır.