Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya “Akkuyu” AES-ə görə HƏRƏKƏTƏ KEÇDİ: "Vacib sifarişlərdəndir..."

Rusiya “Akkuyu” AES-ə görə HƏRƏKƏTƏ KEÇDİ: \\\"Vacib sifarişlərdəndir...\\\"

DÜNYA

1037

16.03.2021, 08:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın “Atomenerqomaş” şirkətinin Volqoqradda fəaliyyət göstərən “AEM-texnologii” filialı Türkiyənin “Akkuyu” atom elektrik stansiyası (AES) üçün enerji blokunun hazırlanmasına başlayıb.

Publika.az xəbər verir ki, bu barədə “AEM-texnologii” şirkətinin baş direktoru İqor Kotov məlumat verib.

Onun sözlərinə görə, “Akkuyu” müəssisənin vacib sifarişlərindəndir. AES-in birinci enerji bloku üçün avadanlıq artıq Türkiyəyə çatdırılıb və digər üç blokun avadanlığı da vaxtında sifarişçiyə çatdırılacaq.

Xatırladaq ki, “Akkuyu” AES 4 enerji blokundan ibarət olacaq. Birinci blokun 2023-cü ildə Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə istifadəyə veriləcəyi gözlənilir.