Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34133
az

Dünya ŞOKDA! Rusiya və ABŞ üz-üzə gəldi: Qırıcılar havaya qalxdı

18:2829 İyun, 2020
1120
DÜNYA
  • A

Rusiya qırıcıları Qara dəniz üzərində 2 ABŞ hərbi təyyarəsini tutmaq üçün havaya qalxıb.

Oxu24.com -un xəbərə görə, bu barədə Rusiya Federasiyasının Milli Müdafiə İdarəetmə Mərkəzi məlumat yayıb.

“29 iyun 2020-ci il tarixində Cənub hərbi dairəsinin hava hücumundan müdafiə qüvvələri Qara dənizin neytral sularında ABŞ Hərbi Dəniz Qüvvələrinin P-8A “Poseydon” və Hərbi Hava Qüvvələrinin strateji kəşfiyyat təyyarəsi RC-135 aşkarlayıblar”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, Rusiya Federasiyasının dövlət sərhədindən xeyli məsafədə olan ABŞ təyyarələri davamlı olaraq Rusiyanın nəzarət vasitələri ilə müşayiət olunub:

“Bundan başqa, hədəfləri tutmaq üçün Cənub Hərbi Dairəsinin hava hücumundan müdafiə qüvvələrinin Su-27 qırıcıları havaya qaldırılıb. Rusiya Federasiyasının dövlət sərhədində pozuntular qeydə alınmayıb. Rusiya təyyarələrinin uçuşları digər dövlətlərin sərhədlərini pozmadan neytral sular üzərində hava məkanının istifadəsinə dair beynəlxalq qaydalara uyğun olaraq yerinə yetirilib”.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Londonda güclü partlayışlar baş verdi -VİDEO
İsrail ordusu üzücü xəbəri ELAN ETDİ: "Bir neçə saat sonra..."
Rusiyada təyyarə sərt eniş etdi - Xəsarət alanlar var

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Zaqatalada dəhşətli qəza: çox sayda xəsarət alanlar var