Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistanda rekord sayda yoluxma faktı qeydə alındı

Ermənistanda rekord sayda yoluxma faktı qeydə alındı

DÜNYA

692

26.06.2020, 12:20

Ermənistanda daha 759 nəfərdə koronavirus aşkarlanıb.

Oxu24.com xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 23 247-yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 13 nəfər artaraq 410-a çatıb. İndiyədək 12 149 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 10 625 aktiv koronavirus xəstəsi var.