Qaynar xətt:

(+99450) 247 90 86

Qadağalar iyulun 15-nə qədər uzadıldı

Qadağalar iyulun 15-nə qədər uzadıldı

DÜNYA

1624

21.05.2020, 23:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Gürcüstan parlamenti birinci oxunuşda “İctimai sağlamlıq” haqqında qanuna düzəlişləri dəstəkləyib.
Oxu24.com 24News.ge-yə istinadla xəbər verir ki, qanun layihəsinin lehinə 80, əleyhinə isə 3 deputat səs verib. Sənədə əsasən, hökumət koronavirusun yayılmasının qarşısının alınması məqsədilə ölkədə fövqəladə vəziyyət elan etmədən məhdudlaşdırıcı tədbirlər tətbiq edə biləcək.
Parlament çoxluğunun üzvləri bildirib ki, dəyişikliklərin yeganə məqsədi ictimai sağlamlığın qorunmasıdır. Deputat İrakli Kobaxidze məhdudiyyətlərin iyulun 15-dək tətbiq olunmasını təklif edib. Parlament üzvləri qanunvericilik dəyişikliklərini bu qeydlə dəstəkləyiblər. Müxalifət və müstəqil deputatlar isə dəyişiklikləri dəstəkləməyiblər.