İcra başçısı əkdiyi düyüdən aş qonaqlığı verir -VİDEO
23 Oktyabr 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1677
10.04.2020, 12:01
Real TV-nin rəhbəri Mirşahin Ağayev Lider TV-də yayımlanan "SƏDA-dan sonra" verilişinin qonağı olub.
Oxu24.com xəbər verir ki, Mirşahin Ağayev qatıldığı proqramda jurnalist Vüsal Məmmədovun son günlər Azərbaycanın gündəmində olan məsələlərlə bağlı suallarını cavablandırıb.
Azərbaycan hökumətinin koronavirusla mübarizə Tədbirlər Planı çərçivəsində işsiz insanlara adambaşına 190 manat məbləğində vəsait verilməsi məsələsinə də toxunan Mirşahin Ağayev bildirib ki, əslində, vətəndaşlar dövlətdən bu vəsaiti istəməməlidirlər:
"Bilirsiniz, "mən evdə qalıramsa, axı mənə pulu kim verəcək? sualının cavabı bu olmalıdır ki, axı sənə küçədə pulu kim verir? Axı küçədə də sən işləmirsən, tum çırtlayırsan, əlini cibinə qoyaraq gəlib-gedənə baxırsan və bununla da sıxlıq yaradırsan. Yəni, söhbət ondan gedir ki, biz indi dövlətə kömək etməliyik, dövlət bizə kömək etməli deyil. Müharibə şəraitində olanda Prezident Ali Baş Komandana transformasiya edilir, Vətən dönüb olur dövlət və hər bir vətəndaş Vətənə, dövlətə xidmət etməlidir. Mən buradan bir daha Azərbaycan vətəndaşlarına müraciət edərək xahiş edirəm ki, dövlətdən nə isə istəmək kimi kaprizlərinizi arxa palana keçirin. Bu saat biz dövlətə nə isə verməliyik, dövlətdən nəsə istəməli deyilik".
Mirşahin Ağayev problemli kreditlərlə bağlı məsələyə də toxunub:
"Artıq Prezidentimizin tapşırığı ilə ölkədə problemli kredit məsələsi həll olunub. Ancaq bu məsələ gündəmə gələndə, bəlkədə problemli kredit probleminin əleyhinə qətiyyətli mövqe tutan yeganə adamlardan biri mən idim. Mən istəmirdim ki, Azərbaycanda problemli kreditlər həll olunsun, mən istəyirdim ki, problemi krediti vətəndaş özü həll etsin. Mənə maraqlı deyil ki, kimsə sosial şəbəkədə məni söyür. Mənə maraqlı olan sözümün həqiqət olmasıdır. Vətəndaş dövlətin rəhbərliyinə özünün terrorçu düşüncəsini dirəməməlidir. Çox adam düşünür ki, mənə dövlət kömək etməlidir. Bizdə bəzi vətəndaşlar özünü dövlətdən ayırıblar".
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.