Bu əlamətlər sizdə varsa,böyrəkləriniz XƏSTƏDİR -AÇIQLAMA
26 Oktyabr 2026, 16:30
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
810
31.03.2020, 19:06
ATV kanalının Avropa bürosunun müxbiri Şahin Abasov koronavirus (COVİD- 19) epidemiyasına yoluxub.
ATV-yə görüntülü bağlanan kanalın əməkdaşı bildirib ki, özündə və 15 yaşlı qızında virus aşkarlanıb.
Oxu24.com xəbər verir ki, bu barədə “Bizimləsən” proqramında məlumat verilib. Hazırda o, Almaniyadakı evində karantin altında, həkimlərin nəzarətindədir.
“Çox təəssüf ki, artıq test nəticələrimiz müsbət çıxıb. Bundan sonra mənə tapşırıqlar verildi. Əsas şərt odur ki, evdən bayıra çıxmayaq. Martın 14-də qızımın ad günü idi. Kiçik bir yığıncaq etdik, bundan sonra qızım özünü pis hiss etməyə başladı. Hərarəti yüksək də deyildi. Bu, bir az bizi aldatdı. Bir-iki gün keçəndən sonra qoxu və dadbilməni itirdi. Artıq mən də özümdə halsızlıq hiss etdim, əzələlərim ağrıdı.
Hazırda qızımı psixoloji məqamlardan qoruyuruq. Artıq 9 gündür ki, özümüzü yaxşı hiss etmirik. Almaniyada virusa yoluxanların sayı çoxdur. Bizim kimi insanların xəstəxanaya yatırılması tezdir. Sadəcə olaraq ciddi tapşırıq verildi və yerinə yetirmədiyimiz halda 20 min avro cərimə olunacağıq”, – deyə Ş Abasov qeyd edib. / Qafqazinfo.az

20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.