Pentaqon yeni NLO sənədlərini açıqlayıb
20 Noyabr 2026, 21:48
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
789
16.02.2020, 12:58
Anna Turcotte: "Tarixdən xəbəri yoxdur, siyasi hazırlıq səviyyəsi isə aşağıdır”
Erməni yazıçısı Anna Turcotte Ermənistanın baş naziri Nikol Paşinyanın ünvanına ciddi ittihamlar səsləndirib.
Oxu24.com Moderator.az-a istinadən xəbər verir ki, N.Paşinyanın Münhen təhlükəsizlik konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair panel-diskusiyada prezident İlham Əliyevin qarşısında gülünc vəziyyətə düşməsini heç cür həzm edə bilməyən erməni yazıçısı, bunu Paşinyanın kütlüyü ilə izah edib. Erməni yazıçısı vurğulayıb ki, məhz N.Paşinyanın tarixdən xəbərsiz olması, siyasi diskusiyaya lazımınca hazırlaşa bilməməsi onu, onun timsalında isə bütün Ermənistanı gülünc vəziyyətdə qoyub.
A.Turcottenin fikrincə, N.Paşinyan Münhendəki diskusiyada 1990-cı illərdə ermənilərin Bakı, Sumqayıt, Gəncə şəhərlərində üzləşdiyi "zorakılığa” diqqət çəkməli və dünyanı inandırmalı idi ki, əgər Qarabağ Azərbaycanın tərkibinə qaytarılsa, o zaman buradakı ermənilər "yenə eyni zülmə” məruz qalacaqlar. Erməni yazıçısı qeyd edib ki, Paşinyanın bütün dünyanın izlədiyi siyasi qarşıdurma meydanında "bu tarixi faktı” unutması yolverilməz və bağışlanılmazdır.
Paşinyanın Azərbaycan prezidentinə bütün parametrlərdə uduzduğunu bildirən A.Turcotte, Ermənistan baş naziri haqqında "ayıb olsun” ifadəsini işlədib.
21:52 / 20 Noyabr 2026
16
21:48 / 20 Noyabr 2026
35
21:21 / 20 Noyabr 2026
62
20:50 / 20 Noyabr 2026
110
20:40 / 20 Noyabr 2026
131
20:33 / 20 Noyabr 2026
100
20:25 / 20 Noyabr 2026
187
20:25 / 20 Noyabr 2026
105
20:20 / 20 Noyabr 2026
109
20:18 / 20 Noyabr 2026
100
20:06 / 20 Noyabr 2026
102
20:02 / 20 Noyabr 2026
653
20:01 / 20 Noyabr 2026
97
19:50 / 20 Noyabr 2026
122
19:50 / 20 Noyabr 2026
103
19:46 / 20 Noyabr 2026
107
19:37 / 20 Noyabr 2026
135
19:37 / 20 Noyabr 2026
1139
19:29 / 20 Noyabr 2026
103
19:23 / 20 Noyabr 2026
116
19:23 / 20 Noyabr 2026
106
19:16 / 20 Noyabr 2026
109
19:06 / 20 Noyabr 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.