Qaynar xətt:

(+99450) 247 90 86

Putindən SƏRT QƏRAR: Hamısının bağlanması barədə göstəriş verdi

2020/02/05/1580924996_putin_asa.jpg

DÜNYA

1238

05.02.2020, 21:45

Rusiyada bəzi apteklərin koronavirusla mübarizədə istifadə olunan dərman və nəfəsliklərin qiymətinin aşırı dərcədə artırması Nazirlər kabinetinin toplantısında gündəmə gəlib.

Oxu24.com-un məlumatına görə, prezident Vladimir Putin bildirib ki, vəziyyətdən istifadə edərək qazanc əldə etmək istəyən apteklər bağlanmalı onların lisenziyaları ləvğ edilməlidir:

“Həmin apteklərin lisenziyaları ləğv edilməlidir. Bu qədər! Haqsız yerə qazanc əldə etməyi ağıllarına qoyublar. Bu apteklər müəyyən edilməli və onlara elə cəza verilməlidir ki, başqaları bir daha belə addım atmağa cəsarət etməsinlər”.

Putin bildirib ki, səhiyyə firmalarının sayı çox olduğuna görə bir neçə aptekin və dərman şirkətinin bağlanması ciddi fəsad törətməyəcək.