Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyədə DƏHŞƏT – Prezidentin köməkçisi uçqun altında qaldı, çox sayda ölü və yaralı var

Türkiyədə DƏHŞƏT – Prezidentin köməkçisi uçqun altında qaldı, çox sayda ölü və yaralı var

DÜNYA

555

05.02.2020, 15:37

Türkiyədə qar uçqunu altında qalan 8 nəfər ölüb.

Oxu24.com   Publika.az-a istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Hadisə Van-Bağçasaray yolunun 33 kilometrliyində baş verib. Qar sərnişinlə dolu olan mikroavtobusun üzərinə uçub. Uçqun nəticəsində qarın altında qalan şəxslərin xilasetmə işləri zamanı ikinci qar uçqunu olub.

“İndiyə qədər 3-ü mühafizəçi, 3-ü mütəxəssis çavuş, biri gizir, biri də mülki vətəndaşımız olmaqla 8 nəfər uçqunun altında qalaraq ölüblər”, – nazir deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Gülşən Orxan hadisə yerinə gedib. İkinci uçqun nəticəsində baş müşavir də qarın altında qalıb. O, yaralı vəziyyətdə xilas edilib və xəstəxanaya yerləşdirilib.