Qaynar xətt:

(+99450) 247 90 86

Dünya bu görüntülərdən danışır - Çindən gələnlərə görün nə etdilər — VİDEO

Dünya bu görüntülərdən danışır - Çindən gələnlərə görün nə etdilər — VİDEO

DÜNYA

1028

02.02.2020, 19:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Çində ortaya çıxan koronavirus epidemiyası səbəbiylə İndoneziyaya təxliyə edilən insanlar hava limanında qarşılanıblar.

Oxu24.com  xarici mətbuata istinadən xəbər verir ki, İndoneziya koronavirus (2019-nCoV) səbəbindən Çinin Uhan şəhərindən vətəndaşlarını ölkəyə xüsusi təyyarə ilə təxliyə edib.

Onları hava limanında İndoneziyanın tibb heyəti qarşılayıb.

İnsanlar təyyarədən enən kimi onları dezinfeksiya etməyə başlayıblar.
Bu anlar həvəskar kameralar tərəfindən qeydə alınıb və sonradan sosial şəbəkələrdə paylaşılıb.

Həmin görüntülər dünya mətbuatına və sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Bu kadrları təqdim edirik.

Xatırladaq ki, Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 14 min 411 nəfərə, bu virus səbəbindən ölənlərin sayı isə 304 nəfərə çatıb. (baku.ws)