Tramp: İran razılaşma əldə etməyə çalışır, lakin bizim şərtlərimizi qəbul etmir
20 Noyabr 2026, 22:01
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1163
02.02.2020, 14:39
Koronavirus epidemiyasının bürüdüyü və hər gün onlarla adamın öldüyü, minlərlə adamın yoluxuğu Çində daha bir ölümcül virus aşkarlanıb.
Oxu24.com virtualaz.org-a istinadən bildirir ki, ölkənin Xunan əyalətində H5N1 kod adlı quş qripinin qəfil yayılması qeydə alınıb. Çinin Kənd Təsərrüfatı Nazirliyinin bildirdiyinə görə, yüksək patogenli quş qripi yerli fermalardan birində aşkarlanıb və orada qanadlılardan yarıdan çoxu tələf olub. Virusun insana keçməsi halları barədə hələ məlumat yoxdur.
Xunan əyaləti koronavirus epidemiyasının episentri olan Xubey əyaləti ilə həmsərhəddir.
Quş qripi insana keçdiyi təqdirdə kəskin infeksion xəstəlik yaradır. Bu zaman bədən temperaturu 38 dərəcəyə qədər artır, baş ağrıları, əzələ ağrıları, boğaz ağrısı qeydə alınır. Xəstənin vəziyyəti pisləşir və 2-3 gün sonra bəlğəmli öskürək başlayır, daha sonra nəfəsalmanın çətinləşməsi baş verir, qara ciyərin, böyrəklərin və beynin zədələnməsi halları mümkündür. Quş qripi qeyri-adi şəkildə sürətlə yayılır və bu virusdan ölüm riski yüksəkdir.
İnsanın virusa yoluxması bu virusun daşıyıcısı olan qanadlılarla sıx təması zamanı mümkündür. Habelə quş qripinə yoluxmuş qanadlının ətinin kifayət qədər termik emal edilmədən yeyilməsi də yoluxmaya səbəb ola bilər.
00:12 / 21 Noyabr 2026
49
23:31 / 20 Noyabr 2026
71
23:23 / 20 Noyabr 2026
95
23:06 / 20 Noyabr 2026
94
22:45 / 20 Noyabr 2026
102
22:35 / 20 Noyabr 2026
102
22:22 / 20 Noyabr 2026
107
22:01 / 20 Noyabr 2026
111
21:52 / 20 Noyabr 2026
104
21:48 / 20 Noyabr 2026
99
21:21 / 20 Noyabr 2026
109
20:50 / 20 Noyabr 2026
144
20:40 / 20 Noyabr 2026
199
20:33 / 20 Noyabr 2026
129
20:25 / 20 Noyabr 2026
288
20:25 / 20 Noyabr 2026
136
20:20 / 20 Noyabr 2026
134
20:18 / 20 Noyabr 2026
124
20:06 / 20 Noyabr 2026
124
20:02 / 20 Noyabr 2026
881
20:01 / 20 Noyabr 2026
127
19:50 / 20 Noyabr 2026
149
19:50 / 20 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.