Qaynar xətt:

(+99450) 247 90 86

Bu ölkədə bütün Xiaomi mağazaları bağlandı

2020/01/30/1580405584_821426.jpg

DÜNYA

1158

30.01.2020, 21:15

Bu gündən etibarən Xiaomi şirkətinin Çində olan bütün mağazaları bağlandı.

Oxu24.com ted.az-a istinadən bildirir ki, bu haqda şirkət rəsmiləri məlumat yayıb.

Məlumata görə, Çinin müxtəlif şəhərlərində yerləşən Xiaomi mağazalarının bağlanmasına səbəb ölkədə tüğyan edən epidemiyadır: "Əgər Çində olan vəziyyət daha da pisləşməsə, mağazalar fevral ayının 3-də yenidən fəaliyyətə başlayacaq. Bu müddət ərzində Xiaomi məhsullarını almaq istəyən şəxslər Xiaomi Mall tətbiqindən və ya şirkətin rəsmi internet səhifəsindən sifariş edə bilərlər. Çatdırılma əvvəlki rejimdə işləyəcək".