Tramp: İran razılaşma əldə etməyə çalışır, lakin bizim şərtlərimizi qəbul etmir
20 Noyabr 2026, 22:01
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
877
27.01.2020, 10:51
NBA əfsanəsi Kobi Brayant helikopter qəzasında, 41 yaşında həyatını itirib.
Oxu24.com Offsideplus.az-a istinadən xəbər verir ki, dünyanı yasa boğan qəzada Kobinin 13 yaşlı qızı Cianna Brayant da ölüb.
Faciəvi qəzanın təfərrüatları məlum olub...
Kobi Brayant qızı Cianna ilə basketbol oyunu izləmək üçün helikopterə miniblər. Helikopterdə Ciannanın bir dostu və valideyninin olduğu bildirilir.
Los-Anceles polis idarəsinin açıqlamasına görə, helikopterdə 9 nəfər olub.
TMZ helikopter qəzasına 'pilot səhv'inin səbəb olduğunu iddia edib ...
İddiaya görə, pilot güclü dumana görə 15 dəqiqə dövrə vurub. Vertolyot əvvəlcə qərbə, sonra cənuba doğru istiqamət alıb.
Cənubda dağ yolunun olduğunu başa düşə bilməyən pilot 1200 metrdən 2000 fut yüksəyə qalxaraq fəlakətə zəmin hazırlayıb. Təyyarə 171 fut məsafədə 298 km sürətlə dağa çırpılıb.
Los-Anceles Polis İdarəsi vertolyotun yerə düşdükdən sonra alovlandığını bildirib. "Hadisə yerinə çatmaq üçün 8 dəqiqə və yanğını söndürmək üçün 1 saat vaxt lazım oldu. Helikopterdə 9 nəfər var idi. Pilot və əlavə 8 nəfər. Adları bəlli olduqdan sonra mətbuata açıqlayacağıq''.
Qeyd edək ki, ilk yayılan məlumatlarda Kobinin həyat yoldaşı Vanessa və digər qızlarının təyyarədə olduğu deyilmiş, daha sonra bu iddia rədd edilmişdi.

00:12 / 21 Noyabr 2026
49
23:31 / 20 Noyabr 2026
71
23:23 / 20 Noyabr 2026
95
23:06 / 20 Noyabr 2026
94
22:45 / 20 Noyabr 2026
102
22:35 / 20 Noyabr 2026
102
22:22 / 20 Noyabr 2026
107
22:01 / 20 Noyabr 2026
111
21:52 / 20 Noyabr 2026
104
21:48 / 20 Noyabr 2026
99
21:21 / 20 Noyabr 2026
109
20:50 / 20 Noyabr 2026
144
20:40 / 20 Noyabr 2026
199
20:33 / 20 Noyabr 2026
129
20:25 / 20 Noyabr 2026
288
20:25 / 20 Noyabr 2026
136
20:20 / 20 Noyabr 2026
134
20:18 / 20 Noyabr 2026
124
20:06 / 20 Noyabr 2026
124
20:02 / 20 Noyabr 2026
881
20:01 / 20 Noyabr 2026
127
19:50 / 20 Noyabr 2026
149
19:50 / 20 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.