Rusiya təyyarəsinin Kubaya gizli səfəri
02 Fevral 2026, 23:44
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
560
27.01.2020, 00:01
Türkiyənin Elazığ vilayətində baş verən rixter cədvəli üzrə 6,8 bal gücündəki zəlzələ nəticəsində ölənlərin sayı 38-ə-a çatıb. 1607 yaralı var.
Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
***
25 yanvar 21:26
Türkiyənin Elazığ bölgəsində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 29-a çatıb.
Publika.az xəbər verir ki, qardaş ölkə mətbuatının yaydığı son məlumatda 1466 nəfərin də xəsarət aldığı bildirilib.
***
21:27
Elazığ şəhərində baş verən 6,8 bal gücündəki zəlzələdən sonra ölənlərin sayı 21-ə çatıb.
Publika.az xəbər verir ki, 1030 nəfərin yaralı olduğu bildirilir.
Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin məlumatına görə, zəlzələdən sonra bölgədə 97 avterşok qeydə alınıb.
***
09:10
Elazığda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 20-yə çatıb. 1015-dən çox yaralı var.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb. Fəlakət bölgəsinə Türkiyənin 28 əyalətindən 493 xilasedici qrup cəlb edilib.
***
02:10
Elazığda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 18-ə çatıb. 550-dən çox yaralı var. 30 nəfər itkin düşüb.
Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri Süleyman Soylu açıqlama verib.
***
Həmçinin oxuyun
01:10
Elazığda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 14-ə çatıb. 300-ə qədər yaralı var.
Publika.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb. "Elazığda 8 , Malatyada 6 nəfər ölüb" - deyə bildirilib.
***
24 yanvar - 23:12
Elazığda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 8-ə çatıb. 300-ə qədər yaralı var.
Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri Süleyman Soylu açıqlama verib.
Yerli mənbələr dağıntılar altında bir neçə nəfərin qaldığını bildirir.
***
22:15
Elazığda baş verən 6,8 bal gücündəki zəlzələdən sonra 5,4 bal gücündə daha bir yeraltı təkan baş verib.
Publika.az xəbər verir ki, Müdafiə Naziri Hulusi Akarın məlumatına görə, iki güclü zəlzələdən sonra şəhər mərkəzlərində tələfat yoxdur. Nazir ətraf kəndlərdə tələfatın ola biləcəyini istisna etməyib. O bildirib ki, ehtiyac olarsa fəsadların aradan qaldırılmasına hərbçilər də cəlb edilib. Ordu hazır vəziyyətə gətirilib.
Daxili İşlər naziri Süleyman Soylu isə bildirib ki, təbii fəlakət nəticəsində 1 nəfər həyatını itirib. İki yaralı var. Bir neçə tikilidə fəsadlar əmələ gəlib
Qeyd edək ki, yeraltı təkanlar Malatya, Diyarbəkir, Adıyaman, Samsun və digər vilayətlərdə, həmçinin İraq və Suriyada da hiss edilib.
***
22:06
Türkiyənin Elazığ vilayətində rixter cədvəli üzrə 6,8 bal gücündə zəlzələ baş verib.
OXU24.comxəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb. Yeraltı təkanların episentri Sivricə rayonunda yerin 5 kilometr dərinliyində yerləşib. Bəzi mənbələr yeraltı təkanların gücünü 6,5 bal göstərib. Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur
23:44 / 02 Fevral 2026
52
23:39 / 02 Fevral 2026
45
23:34 / 02 Fevral 2026
55
23:29 / 02 Fevral 2026
61
23:21 / 02 Fevral 2026
55
23:08 / 02 Fevral 2026
328
22:58 / 02 Fevral 2026
89
22:53 / 02 Fevral 2026
336
22:41 / 02 Fevral 2026
63
22:38 / 02 Fevral 2026
58
22:33 / 02 Fevral 2026
60
22:27 / 02 Fevral 2026
884
22:21 / 02 Fevral 2026
91
22:05 / 02 Fevral 2026
447
21:40 / 02 Fevral 2026
722
21:34 / 02 Fevral 2026
222
21:21 / 02 Fevral 2026
437
21:09 / 02 Fevral 2026
191
21:05 / 02 Fevral 2026
618
20:58 / 02 Fevral 2026
78
20:54 / 02 Fevral 2026
95
20:53 / 02 Fevral 2026
86
20:51 / 02 Fevral 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.