Rusiyanın neft ürəyinə zərbə
21 Aprel 2026, 18:19
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
507
26.01.2020, 18:13
Çin Xalq Respublikası Regionlarının Gigiyena və Səhiyyə Məsələləri üzrə Komitəsinin bu günə olan məlumatına görə, koronavirusa yoluxanların sayı 2002 nəfərə çatıb.
Qeyd edilir ki, yeni xəstəlik həmçinin 56 nəfərin həyatına son qoyub.
Yayılan təhlükə nəticəsində ölkənin Hubey vilayətinin on üç şəhərində karantin elan edilib. Karantin elan edilən ərazilərdə azərbaycanlı tələbələr də var və onlar ölkəyə qayıda bilmirlər.
Hazırkı vəziyyətlə bağlı Modern.az-a danışan Çinin karantin elan edilmiş Vuhan şəhərində yaşayan doktorantura tələbəsi Leyla Quliyeva bu gün də eyni durumun hökm sürdüyünü söyləyib:
“Evdə oturmuşuq. Küçəyə çıxa bilmirik. Heç bir məlumat yoxdur. Universitetdəki tələbələr də eynilə kampus ərazisində gözləyirlər. Vəziyyət stabildir. Azərbaycanın Çindəki səfirliyi bizim və digər azərbaycanlıların ərazidən çıxarılması ilə bağlı Çin hökuməti ilə danışıqlar aparır. Bu təkcə bizə xas olan məsələ deyil. Burada yaşayan başqa ölkələrin vətəndaşları da var ki, çıxmaq üçün öz səfirlikləri ilə əlaqə saxlayıblar. Çin tərəfi nəinki Azərbaycan səfirliyinə, bütün digər səfirliklərə təxliyyə məsələsi ilə bağlı neqativ cavab verir. Rəsmi proseslər davam edir”.
Həmçinin oxuyun
Həmyerlimiz karantin elan edilən bölgələrdəki digər azərbaycanlılarla əlaqə saxladıqlarını da vurğulayıb:
“Digər həmyerlilərimizdə də əlaqə saxlayırıq. Çoxu kampusdadırlar, yaxşıdırlar. Hələ ki, hər şey qaydasındadır. Hamımız Azərbaycana göndəriləcəyimiz xəbərini gözləyirik”.

22:12 / 21 Aprel 2026
8
22:04 / 21 Aprel 2026
33
21:48 / 21 Aprel 2026
36
21:36 / 21 Aprel 2026
53
21:27 / 21 Aprel 2026
53
21:13 / 21 Aprel 2026
791
21:08 / 21 Aprel 2026
52
21:05 / 21 Aprel 2026
482
20:49 / 21 Aprel 2026
57
20:22 / 21 Aprel 2026
127
20:10 / 21 Aprel 2026
204
19:59 / 21 Aprel 2026
76
19:48 / 21 Aprel 2026
91
19:31 / 21 Aprel 2026
92
19:13 / 21 Aprel 2026
255
19:03 / 21 Aprel 2026
88
18:38 / 21 Aprel 2026
109
18:19 / 21 Aprel 2026
93
18:05 / 21 Aprel 2026
78
18:00 / 21 Aprel 2026
61
17:55 / 21 Aprel 2026
83
17:30 / 21 Aprel 2026
117
17:25 / 21 Aprel 2026
590
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.