Tramp: İran razılaşma əldə etməyə çalışır, lakin bizim şərtlərimizi qəbul etmir
20 Noyabr 2026, 22:01
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
946
24.01.2020, 23:08
Çinin Vuhan şəhərində yayılan və 30-a yaxın insanın ölümünə səbəb olan koronavirusun ortaya çıxması ilə bağlı versiyalar analiz edilib.
Publika.az xəbər verir ki, yeni tip koronavirus Kəskin Tənəffüs Yolu Sindromu (SARS-CoV) və Yaxın Şərq Tənəffüs Çatışmazlığı Sindromu (MERS-CoV) ilə eyni mənbədən gəlir. Bu iki sindromda da virusun qaynağı yarasadır. Lakin onun insana keçməsi üçün "vasitəçi" heyvan lazımdır.

"Tibbi Virusologiya" jurnalında yayımlanan araşdırmada yeni virusun qaynağının yarasa ola biləcəyi ehtimalı üzərində dayanılıb. Lakin koronavirusun insana keçməzdən əvvəl mutasiyaya uğraması ehtimal edilir. Araşdırmaçılar bu nöqtədə yeni virusun biri yarasadan yoluxmuş iki koronavirusun birləşməsi ola biləcəyini iddia edir.
ƏN BÖYÜK EHTİMAL - İLAN

Çinin Pekin Universiteti Səhiyyə Elmləri Mərkəzindən olan Vey Ci ilə Pekin, Nanninq, Ninqbo və Vuhan şəhərindən olan tədqiqatçılar virusa yoluxanlardan götürdükləri gen nümunələrindən yola çıxaraq müəyyən etdikləri genetik kodu fərqli növdə heyvanlardan alınan 217 koronavirusla qarşılaşdırıb. Araşdırmaçılar "2019-nCoV"dakı protein kodlarının daha çox Çində yaşayan 2 ilan növünün daşıdığı koronaviruslarla oxşarlıq təşkil etdiyini ortaya çıxarıb. Araşdırmanın nəticəsi virusun ilandan keçmiş ola biləcəyinə işarə verir.
İlanların Vuhan şəhərində virusun ortaya çıxdığı düşünülən dəniz məhsulları bazarında satılması virusun əvvəlcə yarasadan ilana, onlardan da insanlara yoluxması ehtimalını ağıla gətirir.
Buna baxmayaraq, Pekindəki Zoologiya İnstitutunun araşdırmaçısı Cinq Ayxua virusun qaynağı ilə bağlı olaraq təkcə genetik kodlaşdırmadakı oxşarlıqların bəs edəcək dəlil olmadığını söyləyib.
Qeyd edək ki, ortaya çıxdığı yerin adı verilən "Vuhan virusu" nəfəsalma, asqırıq və öskürək zamanı hava yolu ilə keçir. İlkin simptomları yüksək temperatur, boğaz ağrısı, öskürək, nəfəs çatışmazlığı və ishaldır. Bir müddət sonra sətəlcəm və böyrək çatışmazlığına səbəb olur. Ölüm riski yüksəkdir.
Epidemiya HonqKonq, Tayvan, ABŞ, Yaponiya, Sinqapur, Cənubi Koreya və Tailandda yayılıb.

00:12 / 21 Noyabr 2026
49
23:31 / 20 Noyabr 2026
71
23:23 / 20 Noyabr 2026
95
23:06 / 20 Noyabr 2026
94
22:45 / 20 Noyabr 2026
102
22:35 / 20 Noyabr 2026
102
22:22 / 20 Noyabr 2026
107
22:01 / 20 Noyabr 2026
111
21:52 / 20 Noyabr 2026
104
21:48 / 20 Noyabr 2026
99
21:21 / 20 Noyabr 2026
109
20:50 / 20 Noyabr 2026
144
20:40 / 20 Noyabr 2026
199
20:33 / 20 Noyabr 2026
129
20:25 / 20 Noyabr 2026
288
20:25 / 20 Noyabr 2026
136
20:20 / 20 Noyabr 2026
134
20:18 / 20 Noyabr 2026
124
20:06 / 20 Noyabr 2026
124
20:02 / 20 Noyabr 2026
881
20:01 / 20 Noyabr 2026
127
19:50 / 20 Noyabr 2026
149
19:50 / 20 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.