Rusiya ordusu bu ərazini işğal etdi
29 Yanvar 2026, 19:23
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1033
24.01.2020, 19:39
Çinin Vuhan şəhərində ortaya çıxan koronavirusdan ölənlərin sayı 26 nəfərə çatıb.
Oxu24.com xəbər verir ki, 830 nəfərin yoluxduğu virus sürətlə yayılmaqdadır. Vuhan şəhərində xəstəxanalarda yer olmadığı üçün səyyar xəstəxanalar qurulub. Ümumlikdə hökumət Çinin 9 şəhərində qarantin elan edib.
Ölümcül virusa Honq-Konq, Makao, ABŞ, Yaponiya, Cənubi Koreya, Tayland və Sinqapurda rast gəlinib.
Ümumdünya Səhiyyə Təşkilatı virusun digər ölkələrdə də yayıla biləcəyini açıqlayıb.
Koronavirusun əlamətləri
“2019-nCoV” olaraq adlandırılan virusun insandan insana keçdiyi bildirilir.
Koronavirusun simptomları bunlardır: burun axması, öskürək, boğaz və baş ağrısı, yüksək hərarət, immunitet sisteminin zəifləməsi.
Yaşlı və çox gənc insanlar üçün virusun pnevmoniya və bronxit kimi ciddi tənəffüs xəstəliklərinə səbəb olma ehtimalı var.
Həmçinin oxuyun
Koronavirusun müalicəsi
Koronavirusu üçün xüsusi bir müalicə yoxdur. Çox vaxt simptomlar öz-özünə keçir. Həkimlər ağrıkəsici dərmanlar və antipiretik maddələr təyin edir, simptomları aradan qaldırmaq üçün simptomatik müalicə təyin edirlər.
Həkimlər otaq nəmləndiricisi və isti duşun boğaz ağrısı və öskürək üçün yaxşı olacağını söyləyirlər. Xəstələnən insanlara çoxlu maye içmək, istirahət etmək və mümkün qədər yatmaq lazımdır.




21:20 / 29 Yanvar 2026
19
21:15 / 29 Yanvar 2026
24
21:15 / 29 Yanvar 2026
25
21:12 / 29 Yanvar 2026
22
21:10 / 29 Yanvar 2026
38
21:05 / 29 Yanvar 2026
29
21:04 / 29 Yanvar 2026
159
20:59 / 29 Yanvar 2026
7
20:55 / 29 Yanvar 2026
157
20:50 / 29 Yanvar 2026
25
20:28 / 29 Yanvar 2026
601
20:25 / 29 Yanvar 2026
76
20:08 / 29 Yanvar 2026
345
19:52 / 29 Yanvar 2026
100
19:51 / 29 Yanvar 2026
141
19:48 / 29 Yanvar 2026
271
19:40 / 29 Yanvar 2026
463
19:36 / 29 Yanvar 2026
57
19:29 / 29 Yanvar 2026
63
19:28 / 29 Yanvar 2026
366
19:23 / 29 Yanvar 2026
73
19:15 / 29 Yanvar 2026
89
18:58 / 29 Yanvar 2026
58
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.