Rusiya ordusu bu ərazini işğal etdi
29 Yanvar 2026, 19:23
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
772
24.01.2020, 15:55
Dünyada “inqilabların atası” olaraq tanınan amerikalı milyarder Corc Soros Davosda çıxışı zamanı yeni inqilabların anonsunu verib.
Oxu24.com xəbər verir ki, Soros bəşəriyyətin seçim nöqtəsində olduğunu, baş verənlərin ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpinin, eyni zamanda, bütün dünyanın taleyini həll edəcəyini bildirib.
“Vətəndaş cəmiyyətinin mövcudluğuna təhlükənin yarandığı bir dövrdə yaşayırıq. “Açıq Cəmiyyət İnstitutu” layihəsi həyatımın ən önəmli işidir. Bunun bütün dünyadakı universitetlərin qatılacağı və araşdırma aparmaq üçün beynəlxalq platforma olacağını planlaşdırırıq. Mən yaşadığım müddətdə bu layihənin reallaşmasını görmək istəyirəm. Bu layihəyə 1 milyard dollar əlavə pul ayırırıq. Lakin təkbaşına qlobal bir şəbəkə qura bilmərik. Dünyanın hər yerində ortaqlara və dəstəkçilərə ehtiyacımız var. Təəssüf ki, bu gün dünya Çin, Rusiya və ABŞ kimi ölkələrin liderlərinin əlindədir”, – Soros bildirib.
Həmçinin oxuyun
Onun sözlərinə görə, Donald Tramp “hiyləgər, saxtakar, narsist və iqlim düşmənidir”: “Hazırda ABŞ-ın iqtisadi göstəriciləri Trampın yenidən prezident seçilməsini təmin edə bilər. Tramp canlı olan iqtisadiyyatı aşırı dərəcədə alovlandırıb. Alovlanmış bir iqtisadiyyatı qaynama nöqtəsində uzun müddət tutmaq mümkün deyil. ABŞ-də növbəti prezident seçkilərinə 10 ay qalıb. Hazırkı iqtisadi göstəricilər seçkilərə az müddət qalanda olsaydı, Tramp seçkini asanlıqla uda biləcəkdi. Lakin onun problemi 10 ay müddətin qalmasıdır. 10 ay, inqilabçı gözü ilə baxanda bu bir ömür qədər uzundur”.
Sorosun bununla Trampa “səni devirəcəm” mesajı verdiyi haqda fikirlər irəli sürülür. O cümlədən, “Açıq Cəmiyyət İnstitutu” layihəsinə əlavə 1 milyard dolların ayrılması da bu plana qarşı çıxan bütün ölkələrdə yeni inqilablara start vermək planlarından xəbər verir.
Çin liderini də ittiham edən “inqilabların atası” Si Cinpinin yeni insan növü yaratmaq istədiyini iddia edib.Publika.az
19:52 / 29 Yanvar 2026
63
19:48 / 29 Yanvar 2026
19
19:40 / 29 Yanvar 2026
56
19:36 / 29 Yanvar 2026
17
19:29 / 29 Yanvar 2026
28
19:28 / 29 Yanvar 2026
157
19:23 / 29 Yanvar 2026
30
19:15 / 29 Yanvar 2026
44
18:58 / 29 Yanvar 2026
28
18:52 / 29 Yanvar 2026
58
18:42 / 29 Yanvar 2026
60
18:30 / 29 Yanvar 2026
62
18:25 / 29 Yanvar 2026
54
17:55 / 29 Yanvar 2026
110
17:52 / 29 Yanvar 2026
95
17:51 / 29 Yanvar 2026
82
17:47 / 29 Yanvar 2026
161
17:39 / 29 Yanvar 2026
78
17:27 / 29 Yanvar 2026
874
17:20 / 29 Yanvar 2026
653
16:51 / 29 Yanvar 2026
1662
16:34 / 29 Yanvar 2026
93
16:33 / 29 Yanvar 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.